"Juninyonu saxlamaq çətin olacaq, yaxşı təkliflər gəlir" – Marko Veşoviç

"Qarabağ"ın monteneqrolu futbolçusu Marko Veşoviç ölkəsinin mətbuatına açıqlama verib.
KONKRET.az xəbər verir ki, 32 yaşlı müdafiəçi vijesti.me saytına açıqlamasında komandasından, Ağdam təmsilçisinin bu mövsüm Avropa Liqasındakı mübarizəsindən və başqa mövzulardan danışıb.
Veşoviç Avroliqanın 1/8 finalında "Bayer"ə qarşı keçirdikləri matçlardan (2:2, 2:3) söz açıb: "İnanıram ki, kriteriyalarımız bərabər olsaydı, daha da irəli gedərdik. Bundesliqanın lideri və Azərbaycan klubu… Müxtəlif kriteriyalar bizə çox baha başa gəldi. Buna baxmayaraq, biz keyfiyyət baxımından Avropanın zirvəsinə aid olduğumuzu göstərdik. Praktiki olaraq Azərbaycanda çempionluğu təmin etmişik. Ümid edirik ki, növbəti mövsüm Avropadakı nəticəmizi təkrarlayacağıq, hətta daha böyük işlər görəcəyik. Problem budur ki, Avropa reytinqində Azərbaycanın əmsalı aşağıdır. Çünki Avropada yalnız "Qarabağ" nəticə verir. Ona görə Çempionlar Liqasına seçmə mərhələdən başlayacağıq".
O, "Bayer"lə cavab oyununda qol ötürməsinə imza atmasına da toxunub: "Komandaya üstünlük gətirən hərəkətlər nə məşqdə, nə də futbol məktəblərində öyrədilir. Bununla belə, şöhrət qol vuranlara məxsusdur. İctimaiyyət də oyunumu qiymətləndirdi. Matçdan dərhal sonra Xabi Alonsonun köməkçisi yanıma gələrək məni təbrik etdi".
Marko Veşoviç bu mövsü "Qarabağ"ın qol silahına çevrilən Olavio Juninyo haqqında da danışıb: "Juninyo obyektiv olaraq komandanın ən yaxşı oyunçusudur. Düzdü, heç kim "Qarabağ"dan ayrılmaq istəmir, amma onu saxlamaqda çətinlik çəkəcəyik. Çünki Juninyoya çoxlu yaxşı təkliflər gəlir".
Veşoviç Azərbaycan haqda xoş sözlər səsləndirib: "Burada hər şey əladır. Mən xüsusilə temperaturu bəyənirəm. Əvvəllər "Legiya"da mənim üçün əla olsa da, mənfi 10 dərəcədə oynamağı heç sevmirdim. Bundan başqa, burada rus dilində daha çox danışılır. Azərbaycan dili isə hədsiz dərəcədə çətindir. Bəzən məşqdə ingilis dilində danışırıq. Atmosfer əladır, heç bir anlaşılmazlıq yoxdur, çünki məşqçi Qurban Qurbanov indi Avropanın böyük addır. Biz ənənəvi böyük Monteneqro ailəsi kimiyik. Burada fikirlər eşidilir, amma heç kim məşqçinin son sözünü inkar etmir.
"Qarabağ"ın Avropadakı oyunlarında istisnasız olaraq, bütün yerli klubların azarkeşlərinin bizi dəstəkləməsi, bizə hörmət bəsləməsi, bəzən saatlarla avtoqraf verib, şəkil çəkdirməyimiz xoşuma gəlir. Onlar tez-tez məni Marko Yankoviçlə səhv salırlar. Bu, həqiqətən də bizi güldürür. Çünki görünür, eyni ad onları çaşdırır".

İdman       Tarix: 18 mart 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq

İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinya komandanın qarşıdakı iki oyununda iştirak etməyəcək. xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Hans-Diter Flik mətbuat konfransında məlumat verib. 29 yaşl

Arsen Venger Bakıya gəldi

FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri, "Arsenal"ın əfsanəvi sabiq baş məşqçisi Arsen Venger Bakıya gəlib. İdman.biz-ə istinadla xəbər verir ki, fransalı mütəxəssis paytaxtda keçirilən FIFA U-15 Dünya Çempionat

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər


son xeberler yeni xeberler azerbaycan xeberleri şou biznes xəbərləri xeberler bugun valyuta mezennesi banklar son xeberler bugun