Juninyonun "Qarabağ"a qayıdışı niyə alınmadı?
Yay transfer pəncərəsi dövründə adı yenidən "Qarabağ"la halllanan Juninyo karyerasını indiki klubu "Flamenqo"da davam etdirəcək.
KONKRET.az qol.az-a istinadən xəbər verir ki, bu barədə Braziliyanın "Bolavip" nəşri məlumat yayıb.
Qeyd edilib ki, bugünlərdə "Qarabağ"dan gələn icarə təklifinə Rio klubu rəhbərliyi mənfi cavab verib.
Məlumata görə, Juninyonun gələcəyi hələ də "Flamenqo"ya bağlıdır. Yazıda bildirilir ki, yanvar ayında "Qarabağ" klubundan 5 milyon avroya transfer olunan hücumçuya daha əvvəl Səudiyyə Ərəbistanının "Əl-Riyad" və "Najran" klublarından da icarə təklifi gəlib. Lakin hər iki təklif "Flamenqo" rəhbərliyi tərəfindən rədd edilib. Klub yeni mövsümdə baş məşqçi Filipe Luisin komandasında Juninyoya daha çox oyun imkanı vermək niyyətindədir.
Nəşrin yazdığına görə, hazırda "Flamenqo" rəhbərliyi hesab edir ki, Juninyonu icarəyə göndərmək strateji baxımdan düzgün olmaz. Çünki məşqi heyəti onun tədricən inkişaf edəcəyinə inanır və Braziliya çempionatı (Brasileirão Betano), Braziliya Kuboku və Libertadores turnirinin sıx təqvimi vaxtı futbolçudan yararlanmaq niyyətindədir.
Daxili müzakirələrdə klub etiraf edir ki, Səudiyyə Ərəbistanından gələn təkliflər maliyyə baxımından cəlbedici olub. Lakin klub 5 milyonluq yüksək məbləğə alınmış oyunçudan belə tez imtina etməyi doğru saymır. Bundan əlavə, rəhbərlik hesab edir ki, Juninyo gələcəkdə daha çox ön plana çıxarsa, maddi dəyəri arta bilər.
Hücumçu üçün komandada qalmaq özünü sübut etmək imkanıdır. Oyunçuya yaxın şəxslər bildirirlər ki, Juninyo diqqətini tam olaraq komandada yerini möhkəmləndirməyə yönəldib və Azərbaycandakı uğurlu çıxışından sonra Braziliya futbolunda öz adını tanıtmaq istəyir.
Təkliflər rədd edildiyinə görə, Juninyonun "Flamenqo"nun qarşıdakı oyunlarında daha çox oynayacağı gözlənilir. İndi onun qarşısında duran əsas vəzifə bu oyun dəqiqələrini məhsuldarlığa çevirmək, çətin və həlledici mövsümdə komandasına fayda verməkdir.
Xatırladaq ki, indiyədək Juninyo "Flamenqo"nun heyətində 22 oyunda iştirak edib, lakin yalnız 7 dəfə start heyətində olub və 3 qol vurub.

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yavər Şıxəliyev vəfat etdi
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
"Hər həftə bir ev alırdım
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub