Kadırovun oğlunu davaya çağırdı, sonra üzr istədi
Noyabr ayında Çeçenistan rəhbəri Ramzan Kadırovun 15 yaşlı oğlu Adama meydan oxuyan Qazaxıstandan olan bloqqer Oljas Rahimjanov çeçen xalqından üzr istəyib.
KONKRET.az xəbər verir ki, müvafiq video Telegram kanalları tərəfindən yayımlanıb.
"İnsanlar mənimlə əlaqə saxlayıb dedilər ki, bu çağırışla bütün çeçen xalqını təhqir etmişəm. Əgər təhqir etmişəmsə, çeçen xalqından üzr istəyirəm", – deyən Rahimjanov özünün və ailəsinin təhdidlər almağa başladığını qeyd edib. Eyni zamanda blogeri hədələyən şəxslər onu əmin ediblər ki, polisə zəng etmək mənasızdır.
Qeyd edək ki, noyabrın əvvəlində Çeçenistan rəhbəri sosial şəbəkədəki səhifəsində oğlanlarının Xamzat Çimayevlə məşq videosunu nümayiş etdirib. O, idmançının oğullarının döyüş sənəti bacarıqlarını inkişaf etdirməsinə kömək etdiyini vurğulayıb.
Bu videonu şərh edən Rahimjanov Ramzan Kadırovun oğlula müraciət edib: "Gəl döyüş təşkil edək. Bu, Xamzat Çimayevlə məşq videosu deyil".
Oljas Rahimjanov Kokshetau şəhərindən olan blogerdir. Kanalında o, motivasion videolar yerləşdirir, idman məşqlərindən danışır.
Natiq Səlim,
KONKRET.az

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi