Kafedə məhbus həyatından danışan şəxsi döyən məhkəmə zalında həbs edildi

Kafedə məhbus həyatından danışan şəxsi döyən məhkəmə zalında həbs edildiŞəki Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Hafiz Məmmədovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.azxəbər verir ki, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, dövlət ittihamçısının apellyasiya protesti qismən təmin olunub, Göyçay Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli qərarı ləğv edilib, iş üzrə yeni ittihamedici hökm çıxarılıb. Təqsirləndirilən şəxs CM-in 221.3-cü (xuliqanlıq) maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə iclası zalından dərhal həbs olunub.
İttihama görə, hadisə bu il Göyçay şəhəri, Natəvan küçəsində yerləşən Avtovağzal ilə üzbəüz olan yeməkxanada qeydə alınıb.
Belə ki, Hafiz Məmmədov yeməkxanada sərxoş vəziyyətdə onunla eyni masada spirtli içki qəbul edən zərərçəkmiş Elçin Nadirovla mübahisə edib. Mübahisəyə isə zərərçəkmişin keçmiş məhbus həyatından söhbət etməsi olub. Bu söhbət təqsirləndirilən şəxsin xoşuna gəlməyib. O, əvvəl Elçini kafedə işləyən şəxsin yanında söyüb təhqir edib, obyektdən qovub. Sonra Hafiz əlindəki şüşə pivə butulkasını onun baş nahiyəsinə bir dəfə vuraraq xəsarət yetirib.
Göyçay Rayon Məhkəməsinin hökmü ilə Hafiz Məmmədovun ittiham olunduğu CM-in 221.3-cü maddəsindən CM-in 128-ci maddəsinə tövsif edilmiş və barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilmişdi. /pravdaaz

Hadisə       Tarix: 12 dekabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

Salyanda ağır qəza: ölən var

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakin

Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi

Zaqatalada avtomobil piyadanı vurub. -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Rusiyalı sürücünün idarə etdiyi Gürcüstana məxsus iri yük avtomobili (TIR) Zaqatalanın Faldarlı kənd sakini 66 yaşl

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu

Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-nin mətbuat xidmətində

Bakıda məktəb mühafizəçisinə hücum edildi

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib. xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasınd

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti


son xeberler yeni xeberler azerbaycan xeberleri şou biznes xəbərləri xeberler bugun valyuta mezennesi banklar son xeberler bugun