Kamandan Oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının açılış mərasimi keçirildi

Kamandan Oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının açılış mərasimi keçirildiKamandan Oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının açılış mərasimi baş tutub.
KONKRET.azxəbər verir ki, Avropa Oyunları Parkında təşkil olunan yarışın açılış mərasimində ön söz gənclər və idman naziri Fərid Qayıbova verilib.
Nazir federasiyaya yüksək səviyyədə təşkilatçılığa görə minnətdarlığını bildirib:
"İldən-ilə bütün idman növlərimiz inkişaf edir. Paris-2024 Yay Olimpiya Oyunlarında ilk dəfə 15 idman növündə təmsil olunurduq. Kamandan oxatma da bu idman növlərindən biri idi. Təbii ki, hər birimiz Yaylagül Ramazanovaya azarkeşlik edirdik. O, Paris-2024-də mərhələ adlamaqla yeni uğura imza atdı".
Ardınca Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyev Avropa Oyunları Parkına gələn hər kəsi görməkdən məmnun olduğunu söyləyib.
Qurum rəhbəri son illərdə ölkədə kamandan oxatma idman növünün inkişaf etdiyini deyib:
"Bu, qədim idman növünü yaşadan hər kəsə öz təşəkkürümü bildirirəm. Son illər Azərbaycanda kamandan oxatma idman növünə maraq artmaqdadır. Paris-2024 Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən Yaylagül Ramazanovanın çıxışını xüsusi vurğulamaq istəyərdim. İnanıram ki, onun açdığı cığırla digər idmançılarımız da gedəcəklər".
Dövlət Himninin səsləndirilməsinin ardından idmançılar sıralama atışları ilə yarışa start veriblər.
Qeyd edək ki, birincilikdə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 50-dən çox peşəkar idmançı çempionluq uğrunda mübarizə aparır.
Kişi və qadın idmançılar üç kateqoriya – 16 yaşına qədər yeniyetmələr (30 metr məsafə), 16-18 yaşlı gənclər (60 metr məsafə) və böyüklər (70 metr məsafə) üzrə yarışırlar. Oxatanların 1/4 final mərhələsindən finala qədər davam edəcək mübarizəsinə avqustun 25-i yekun vurulacaq.

İdman       Tarix: 24 avqust 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Eşitmə məhdudiyyətli idmançımızdan yunan-Roma kubokunda mühüm qələbə

Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb. xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimi

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

"Sabah" - Borussiya Dortmund" oyununun biletləri satışa çıxarıldı

"Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi 2-ci ev oyununun biletləri satışa çıxarılıb. xəbər verir ki, bilet qiymətləri 15, 40, 50,  75, 120 və 650 manatdır. Bakı təmsilçisi oktyabrın 20-d

Futbol dünyasının sərvəti: Ən çox qazanan 10 futbolçu

Kriştiano Ronaldo dünyanın ən çox qazanan futbolçusu olaraq qalır. KONKRET.azxəbər verir ki, "Sportico" portalı 2026/27 mövsümünün yekunlarına əsasən ən çox gəlir əldə edəcək futbolçuların siyahısını hazırlayıb

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu


azerbaycan xeberleri son xeberler yeni xeberler son xabarlar xabarlar xankendi son xeber az