Kapital Bank Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq memorandumu imzaladı

Kapital Bank Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq memorandumu imzaladıTəhsilin inkişafına xüsusi qayğı ilə yanaşan Kapital Bank növbəti faydalı əməkdaşlığın təməlini qoyub. Ölkənin birinci bankı bu dəfə Bakı Ali Neft Məktəbi (BANM) ilə əməkdaşlıq memorandumu imzalayıb.
Mərasimində Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, BANM-nın rektoru Elmar Qasımov və hər iki qurumdan nümayəndələr iştirak ediblər. Yeni memorandum çərçivəsində Kapital Bank və BANM arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq fəaliyyətləri nəzərdə tutulub.
Belə ki, tələbələr üçün təqaüd proqramlarının təsis edilməsi, müxtəlif konfransların təşkili, "Karyera günləri"nin keçirilməsi, məzunların işlə təmin olunması kimi səmərəli fəaliyyətlərin həyata keçirilməsi gözlənilir. Memorandumdan faydalanan tərəf yalnız tələbələr olmayacaq. Eyni zamanda, Kapital Bank-ın əməkdaşları da müxtəlif təlimlərdə və təhsil proqramlarında iştirak etmək imkanı əldə edəcəklər.
Kapital Bank mütəmadi olaraq təhsil layihələrinə diqqət ayırır. Bankın Beynəlxalq Təhsil Sərgisində, Respublika Fənn Olimpiadasında, Azərbaycan üçün öyrət, "Təhsil Avtobusu", "Bir ideyam var", Sabah qrupları kimi müxtəlif layihələrdə iştirakı, habelə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, ADA Universiteti və digər təhsil müəssisələri ilə birgə fəaliyyəti buna əyani sübutdur. Yaxın gələcəkdə də, təhsil sahəsində yeni layihələrin həyata keçirilməsi planlaşdırılır.
Kapital Bank əməkdaşları sırasına qoşulmaq istəyən istedadlı, özünə güvənən və öyrənib-inkişaf etmək istəyən namizədlər üçün hazırda aktiv vakansiyalar mövcuddur. Müraciət etmək istəyən şəxslər www.hr.kapitalbank.az  portalına daxil olmaqla mövcud vakansiyalarla tanış ola bilərlər. Əgər Siz də karyeranıza Kapital Bank-da başlamaq və ya davam etdirmək, əsl peşəkar olaraq yetişmək istəyirsinizsə, portala daxil olub özünüzə şəxsi kabinet yaradıb, yeniliklərdən birinci xəbər tuta bilərsiniz.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi - 106 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün - , BirKart sifarişi üçün - .
Kapital Bank Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq memorandumu imzaladıKapital Bank Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq memorandumu imzaladıKapital Bank Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq memorandumu imzaladı

İqtisadiyyat       Tarix: 20 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit

44 gün Azərbaycan xalqının tarixində qürurla xatırlanan günlərdir. Yelo Bank bu münasibətlə Zəfər Gününü müştərilərinə faydalı və yadda qalan bir təklifə çevirir! Noyabr ayının sonunadək rəsmiləşdirilən kreditlər üzrə so

8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?

Azərbaycanda son illərdə həyata keçirilən sosial islahatlar əməkhaqqı, pensiya və müavinətlərin artırılması ilə müşayiət olunub. Xüsusilə 2018-ci ildən etibarən bu istiqamətdə bir neçə genişmiqyaslı sosial paket reallaşdırılıb

Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!  

Azercell-in 30 illik yubileyinə həsr olunan "30 il səninlə" lotereyası davam edir. Abunəçilərə dəyərli hədiyyələr qazanmaq fürsəti yaradan lotereya çərçivəsində fakturalı xətt abunəçiləri qarşıdakı tirajlarda ümumilikd

AccessBank tender elan etdi

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Trellix DLP üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçü

26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər

Bakının Biləcəri qəsəbəsində,"Avtovağzal" metro stansiyasının yaxınlığında yerləşən Kristalın BiləcəriYaşayış Kompleksində 2 otaqlı studiya mənzillər üçün son satış fürsətləri təqdimolunur. Tikinti mərhələsind

IMF: Azərbaycan, Qazaxıstan və Türkmənistan geosiyasi çağırışlar fonunda fayda əldə edəcək

Potensial geosiyasi və iqtisadi risklər Mərkəzi Asiya regionunun neft ixrac edən ölkələrinə, ilk növbədə, Azərbaycan, Qazaxıstan və Türkmənistana müsbət təsir göstərəcək. xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF

Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası

Birbank Biznes fərdi sahibkarlar üçün mikro biznes kreditini daha əlçatan və sərfəli edən kampaniyaya start verib. 29 oktyabr – 30 noyabr 2026-cı il tarixlərində Birbank Biznes tətbiqi vasitəsilə krediti başdan-başa onlay

"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizmin tətbiqi nəzərdə tutulur. Belə ki, yeni mexanizmə əsasən, işçilərə əməkhaqqı və digər ödənişlərin elektron sistem vasitəsilə həyata keçirilməsi planlaşdırılır

Pensiya alanların nəzərinə - Bu tarixdə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 13-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxeber az sou biznes sonxəbərlər son xeberler 2026