Kapital Bank-ın dollar istiqrazlarına abunə yazılışı yekunlaşdı

Kapital Bank-ın dollar istiqrazlarına abunə yazılışı yekunlaşdıXəbər verdiyimiz kimi 8 yanvar 2025-ci il tarixində Kapital Bank-ın 25000000 (iyirmi beşmilyon) ABŞ dolları həcmində subordinasiya istiqrazlarının abunə yazılışınastart verilib. İstiqrazları 10 yanvar 2025-ci il tarixindən etibarən 12 gün ərzindəKapital Bank filiallarından əldə etmək mümkün olub. Qeyd olunan istiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi 24 yanvar 2025-ci il tarixində yekunlaşıb.
120 investorun iştirak etdiyiyerləşdirmədə ümumi sifarişlərin həcmi 25 milyon ABŞ dolları olub.İstiqrazların nominal dəyəri 100 ABŞ dolları, illik faiz dərəcəsi 7%, faizödəniş dövrü hər 30 gündən bir, tədavül müddəti isə 7 il təşkil edir.Yerləşdirmə üzrə anderrayter "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.
Kapital Bank-ın dollar istiqrazlarınıəldə edən hər kəs illik gəlirini nə az, nə çox 7% artıra bilər. Maliyyəbazarının bu unikal təklifi müştərilərə aylıq gəlir qazandırır. Qeyd edək ki,istiqrazlar üzrə faiz ödənişləri vergidən azaddır. Eyni zamanda istiqrazlarınabunə yazılışı ilə bağlı bütün komissiyalar bank tərəfindən ödənilir.
Ərtaflı məlumat üçün:
Xatırladaq ki, 2024-cü ildə KapitalBank-ın ümumi həcmi 145 milyon ABŞ dolları və 100 milyon manat olmaqla 7istiqraz emissiyası baş tutub. Eyni zamanda bank ötən il ilk dəfə olaraqfiliallarda da istiqrazların abunə yazılışını həyata keçirməyə nail olub.Ümumilikdə 450-dən çox investorun iştirak etdiyi abunə yazılışlarında fizikişəxslər öz aktivlikləri ilə seçiliblər. Bankın istiqrazları təkrar bazarda daaktiv ticarət olunub. Ötən il ərzində investorlar arasında 52 milyon manatdançox ticarət aparılıb.
Ölkəninbirinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ənböyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçünsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olansəhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— , Birbank kartı sifarişiüçün —. / azxeber.com

İqtisadiyyat       Tarix: 28 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

"Kontakt"da ilin ən böyük endirimləri başladı

"Kontakt"da ilin ən böyük endirim kampaniyası noyabrın 13-də başlayır. Noyabrın 29-dək davam edəcək "Böyük Cümə"də sevdiyiniz məhsulları nağd alışda 70%-dək endirimlə əldə edə bilərsiniz. Paltaryuyanınız

Qızıl sürətlə ucuzlaşacaq

İnflyasiyanın davam etməsi və ABŞ dollarının möhkəmlənməsi dünya bazarında qızılın qiymətinin aşağı düşməsinə səbəb olacaq. Xarici ekspertlərin sözlərinə görə, bu ilin sonunadək qızılın bir troya unsiyasının qiyməti 3 50

Qızıl 2027-ci ildə də bahalaşacaq? – PROQNOZLAR

2027-ci ildə dünya bazarında qızılın qiymətinin yüksək səviyyədə qalacağı, lakin il ərzində müəyyən eniş və yüksəlişlərin yaşana biləcəyi gözlənilir. Beynəlxalq maliyyə qurumlarının proqnozları qiymətlərin gələcək istiqamət

Dünya Bankı ilə dövlət müəssisələrinin dividend siyasətinin təkmilləşdirilməsi müzakirə olunub

Azərbaycan və Dünya Bankı (WB) arasında dövlət müəssisələrinin dividend siyasətinin təkmilləşdirilməsini müzakirə edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolan

City Garden Narimanov-da hazır və təməldən mənzillər – Faizsiz kredit və ipoteka

Bakının mərkəzində mənzil axtaranlar üçün əsasmeyarlar yalnız qiymət və otaq sayı ilə məhdudlaşmır. Əlverişli yerləşmə, genişyaşıllıq sahələri, təmir keyfiyyəti və uyğun ödəniş şərtləri də seçim zamanımühüm rol oynayır. "Kristal"ı

PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib

PAŞA Bankın təşkilatçılığı ilə "Azərbaycanın yerli investisiya layihələri: beynəlxalq maliyyə institutları və inkişaf tərəfdaşları vasitəsilə maliyyələşdirmə imkanları" mövzusunda tədbir keçirilib. Tədbirdə ölkəni

"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub

Ölkənin aparıcı biznes qruplarından biri olan PAŞA Holding və onun törəmə şirkətləri PAŞA Bank və Kapital Bank Azərbaycanın zəngin mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirilə

Gələn ildən gəlir vergisi bu qədər olacaq

Gələn il yanvarın 1-dən fiziki şəxslərin aylıq gəlirlərindən tutulan gəlir vergisinin dərəcələri artırılır. xəbər verir ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, yeni vergi dərəcələri 2027-ci il yanvarın 1-dən 2028-c

Sahil Babayev: 'Daha 35 dövlət müəssisəsinin III rüb üzrə maliyyə göstəriciləri təhlil edilir

Bu il Azərbaycanda dövlət müəssisələrinin maliyyə vəziyyətinin monitorinqi çərçivəsində I rüb üzrə 10, II rüb üzrə 22 müəssisənin maliyyə göstəricilərini əhatə edən hesabatlar hazırlanıb, hazırda daha 35 müəssisənin II rü


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünki xəbərlər dunya xeberleri gunun xeberleri cəbhədən ən son xəbər