"Kapital Bank" köçürmə limitini niyə 3 minə endirdi? - İLGİNC SƏBƏBLƏR

"Kapital Bank"ın debet kartlarında nağdlaşdırma və köçürmə limiti 5000 AZN-dən 3000 AZN-ə endirilir. Bundan əlavə, başqa bank ATM-lərindən nağdlaşdırma zamanı minimum 2 AZN olmaqla 1 faiz komissiya tutulacaq. Maraqlıdır, gələcəkdə eyni bankın ATM-lərində də əlavə komissiya tətbiq edilə bilərmi? Limitin azaldılması fonunda rəqəmsal ödənişləri stimullaşdırmaq üçün hansı yeni xidmətlər və ya güzəştlər təklif oluna bilər? "Kapital Bank" bu addımı niyə atıb?
Mövzu ilə bağlı iqtisadçı ekspert Əkrəm Həsənov KONKRET.az-a açıqlamasında bildirib ki, hazırda istənilən halda nağdlaşdırmada komissiya mövcuddur, yalnız pensiya və maaş kartlarında bu rüsumu vətəndaş hiss etmir:
"Pensiya və maaş kartlarında komissiya var, sadəcə həmin məbləği pensiya fondu və ya işəgötürən banka ödəyir. Kapital Bankın yeni qərarında isə vətəndaş başqa bankın ATM-indən pul çıxaranda 1 faiz komissiya ödəyəcək. Gələcəkdə isə eyni bank ATM-lərində də əlavə komissiya tətbiq oluna bilər. Qanunvericilik bankları bu məsələdə məhdudlaşdırmır. İstənilən komissiyanı tətbiq edə bilərlər, sadəcə banklar arasındakı rəqabət bunu müəyyən qədər məhdudlaşdırır".
Ekspertin sözlərinə görə, limitin azaldılması köçürmə əməliyyatlarında sui-istifadə hallarının və oğurluq riskinin azaldılması məqsədi daşıyır:
"Komissiya tətbiqinin əsas səbəblərindən biri də müştərilərin digər bankların ATM-lərindən istifadə etməsinin qarşısını almaqdır. Güzəştlər isə əvvəlki illərdə olduğu kimi ödəniş vərdişini formalaşdırmaq üçün edilirdi, indi belə bir ehtimal görmürəm".
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 13 avqust 2025
f Paylaş

Oxşar xəbərlər

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyində

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


son xeberler azerbaycan xeberleri yeni xeberler cebheden xeberler kriminal xeber xeber