Karantin dövründə qızla tanış olmağın qeyri-adi yolu - VİDEO
Karantin dövründə qızla tanış olmağın qeyri-adi yolu - VİDEO
ABŞ-ın Nyu-York şəhərindən olan fotoqraf koronavirusla əlaqədar özünütəcrid dövründə qonşusu ilə tanış olmağın qeyri-adi üsulunu tapıb.
Bu barədə "Metro" nəşri xəbər yayıb.
28 yaşlı fotoqraf Ceremi Koen mənzilinin pəncərəsindən Nyu-Yorkun boşalmış küçələrinin fotosunu çəkərkən, qonşu binanın damında rəqs edən qızı görüb. O, telefon nömrəsinin qeyd olunduğu kağıza tanışlıq təklifi yazaraq dron vasitəsilə qıza yollayıb.
Tezliklə 24 yaşlı Tori ona SMS-lə cavab yollayır: "Salam, bu, damdakı qızdır".
Fotoqraf qonşu Tori ilə "distant" görüş təşkil edib. O, eyvanında kiçik masa açıb və Toridən də damda eynisini etməsini istəyib. Cütlük videorabitə ilə əlaqə yaradıb.
Sonra Koen yeni tanışını əsl görüşə çağırıb. Təhlükəsizlik tədbirlərini pozmamaq üçün o, görüşə şəffaf şişirtmə şarda gəlib.
"Bilirdim ki, bu şar ikinci görüş üçün ideal seçimdir. Mən onu təəccübləndirə bildim", - deyə gənc bildirib.
Əsl centlmen kimi Koen Tori ilə görüşə gül dəstəsi və hətta antiseptiklə gəlir. Lakin şar hədiyyələri qıza təqdim etməyə imkan vermir.
"Məhəllədə gəzərkən söhbət etmək bir az çətin idi, amma əsas o idi ki, daim gülürdük", - deyə fotoqraf bildirib.
"Onu yaxın gələcəkdə bir daha görəcəyimə ümid edirəm. Əlbəttə, biz hələlik üçüncü görüş barədə razılığa gəlməmişik", - deyə Koen etiraf edib.





Putin: Bu, müharibənin davam etməsi deməkdir
Bakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olub
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
7 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub
Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
İlham Əliyev 'Avropa Siyasi Birliyi'nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
"Azərsun Holdinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
Türkiyə Sergen Yalçınla ilk oyununda uduzdu
ADNSU əməkdaşının məqaləsi "Times Higher Education" platformasında dərc olundu