Keçmiş məhkum avtobusun yük hissəsindən 5 min manatlıq qızıl oğurladı
Hacıqabulda mikroavtobusdan oğurluq olub.
DİN Mətbuat Xidmətinin Şirvan şəhərində Regional qrupundan Open.az-a verilən məlumata görə, 16 noyabrda Ağdaş rayonu Ləki qəsəbə sakini Gülnar Mollayeva DİN-in "102 Zəng Mərkəzi" Xidməti ilə əlaqə saxlayaraq yaşadığı rayondan Bakı şəhərinə gedərkən Hacıqabul rayonu Muğan qəsəbəsi ərazisində mikroavtobusun yük hissəsində olan ona məxsus çantadan ümumi dəyəri 5000 manat olan qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib.
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı Həsrət Bəkirov saxlanılıb. Dindirilmə zamanı H.Bəkirov törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı qızıl-zinət əşyaları ondan maddi sübut kimi götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır /open.az

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU
İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili
Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli
Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb