Kəmaləddin Heydərov Türkiyənin daxili işlər naziri ilə görüşdü - FOTO
Türkiyə Respublikasında keçirilən Türk Dövlətləri Təşkilatının Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərin Zirvə görüşündə iştirak etmək üçün Ankarada səfərdə olan Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov qardaş ölkənin daxili işlər naziri Süleyman Soylu ilə görüşüb.
Bu barədə FHN-dən məlumat verilib.
Görüşdə məmnunluqla vurğulanıb ki, iki qardaş ölkənin liderlərinin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə sürətlə genişlənir. İstər 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana qardaş Türkiyə tərəfindən ən yüksək səviyyədə mənəvi və siyasi dəstəyin verilməsi, istər ötən ilin yayında Türkiyədə baş vermiş dəhşətli meşə yanğınları ilə mübarizədə Azərbaycanın göstərdiyi həmrəylik bu qardaşlıq münasibətlərinə bariz nümunədir.
Görüşdə iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında əlaqələrin daha da genişləndirilməsi, o cümlədən birgə təlim və kursların təşkili məsələləri geniş müzakirə olunub. Ankara şəhərində yüksək səviyyədə təşkil olunmuş Türk Dövlətləri Təşkilatının Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərin Zirvə görüşünün əhəmiyyəti qeyd olunub, bu tədbir çərçivəsində müzakirə olunan məsələlərin, xüsusilə fövqəladə hallarla mübarizə üzrə əlaqəli fəaliyyətin təşkili məqsədilə Türk Dövlətlərinin Mülki Müdafiə Mexanizminin yaradılmasının vacibliyi vurğulanıb.
Həmçinin Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsi ilə əlaqədar hazırlığın təmin olunması məsələlərində Türkiyə tərəfinin dəstəyi yüksək qiymətləndirilib və bu istiqamətdə işlərin uğurla davam etdiriləcəyinə əminlik bildirilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
/ azxeber.com

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür