Kənd Təsərrüfatı Nazirliyi fermerlərə çağırış etdi

Kənd Təsərrüfatı Nazirliyi fermerlərə çağırış etdiBiçindən dərhal sonra sonra payızlıq əkin üçün müəyyən hazırlıq işləri görülməlidir, fermerlər biçindən dərhal sonra yay şumunun aparılmasını vacib əməliyyat hesab etməlidirlər.
KONKRET.azxəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov deyib.
Onun sözlərinə görə, fermerlər bu istiqamətdə işlərini təşkil etməlidirlər: "Aqrotexniki əməliyyatlar içərisində ən vacib əməliyyat yay şumun aparılmasıdır, bölgələrdən və torpaq iqlim şəraitindən aslı olaraq dərin şum aparılması da bura daxildir. Şumlamanın aparılmasının vaxtı müəyyənləşməlidir. Şumlama ona görə dərhal biçindən sonra aparılmalıdır ki, bitki biçiləndən sonra torpaqda nəmlik qorunub, saxlanılır. Biz həmin torpağı anında şumlamasaq günəşin şüalarının təsirindən, tempraturdan nəmlik itir. Nəmlik itəndən sonra kotan ərazini şumlamaqda çətinlik çəkir. Bu isə həm əlavə enerji və yanacaq deməkdir. Biçindən dərhal sonra şumlayanda traktor 20 litr yanacaq yandırırsa, şumlamanın vaxtını uzadanda isə bu, 25 -30 litr yanacaq sərfiyyatı deməkdir".
İ.Cümşüdov qeyd edib ki, torpaqlar ağır mexaniki torpaqlardırsa, həmin torpaqlarda dərin şumun aparılması tövsiyə edilir: "Eyni zamanda, iki -üç ildən bir yumşaldıcı aqreqatla torpağın dərininə yumşaldılması tövsiyə edilir ki, bitkinin kök sistemi torpağa yaxşı nüfuz edə bilsin, yağışlar torpağa hopa bilsin. Əgər torpaqda şumlama aparılmırsa, əlbəttə ki, bitkinin kök sistemi dərininə inkişaf edə bilmir və müəyyən maneələr yaradır. Eyni zamanda, suyu da akkumlyasiya edə bilmir, hava, su rejimi normal qaydada olmadığına görə, bitki normal böyüyə bilmir. Bu da məhsuldarlığa təsir edir. Amma yüngül tipli torpaqlarda şumun aparılmasına ehtiyac yoxdur. Şumu əvəz edən yüngül becərmə ilə, yəni diskli ağır mala ilə becərmə aparmaq olar".
O, torpağın dincə qoyulmasına münasibət bildirib:"Suvarma bölgəsində torpaqların dincə qoyulmasının əleyhinəyik. Biz torpaqdan maksimum dərəcədə səmərəli istifadə etməliyik. Çalışmalıyıq ki, bir təsərrüfat ilində bir sahədən bir-iki, hətta üçüncü məhsul götürək. Amma biz həmin torpağı dincə qoyuruqsa deməli bir il ərzində biz həmin torpaqdan istifadə etmirik. Bizim dəmyə bölgələrimiz var. Dəmyə bölgələrimizdə kənd təsərrüfatı sahəsi yağmurun miqdarından aslıdır. Ona görə də, quraq dəmyə bölgələrimizdə bir ildən bir torpaq dincə qoyulur. Torpağın dincə qoymağın mahiyyəti ondan ibarətdir ki, yağış torpaqda akkumlyasiya olsun. Ümumiyyətlə, dincə qoyulmuş sahə becərilməlidir".
Xatırladaq ki, bölgələrdə taxıl biçini başa çatmış sahələrdə yay şumunun aparılması davam edir. İyunun 6-dək ölkə üzrə 177 725 hektar sahədə yay şumu aparılıb. Yay şumu aparılan sahələr növbəti il üçün proqnozlaşdırılan taxıl əkini sahələrinin 19,3 %-ini, biçin başa çatmış ərazilərin isə 35,12 %-ini təşkil edir.

Sosial     Baxılıb: 423   Tarix: 11 iyul 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan Ordusu güclü ordular sırasındadır

1993-cü ildə Ümummilli Lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqd

Azərbaycanda süni torpaq sahələrində kazino oyunlarının keçirilməsinə icazə veriləcək

Azərbaycanda süni torpaq sahələrində kazino oyunlarının keçirilməsinə icazə veriləcək. report-a istinadən xəbər verir ki, bununla bağlı "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində sün

Sabahdan Bakıda iki yolun kəsişməsində hərəkət qismən məhdudlaşdırılacaq

İyunun 18-də saat 08:00-dan 19 iyun saat 20:00-dək Bakı şəhəri, Binəqədi-Görədil avtomobil yolu ilə Binəqədi-Balaxanı avtomobil yolunun kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədar, avtonəqliyyat vasitələrinin hərəkət

Köç karvanı Kəngərliyə çatdı, açarlar təqdim edildi

Doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb. "Report"a istinadən xəbər verir ki, bu mərhələdə köçürülən 154 nəfərdən ibarət 40 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarlar

Azərbaycan nefti ucuzlaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.  xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti ötən gün 2,24 ABŞ dolları və ya 2,71% azalaraq 80,34 ABŞ dollarına bərabər olu

Məktəbəhazırlıq qruplarına qəbul başlayır

2025–2026-cı tədris ili üçün məktəbəhazırlıq qruplarına qəbul 21 iyun 2025-ci ildən başlayır. AZXEBER. COM xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatında bildirilib. Qeydiyya

Qaxın icra başçısının səlahiyyətlərini icra edən şəxs məlum oldu

Qax Rayon İcra Hakimiyyətinə kimin rəhbərlik etdiyi məlum olub. xəbər verir ki, Teleqraf-ın əldə etdiyi xəbərə görə, hazırda rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Elbrus Tağıyev idarə edir. O, icra başçısını

Hava nə vaxta qədər belə olacaq?

Milli Hidrometeorologiya Xidmətinin iyunun 22-si saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. Xidmətdən -a verilən məlumata görə, düşən yağıntının miqdar

Lerik və Gədəbəyə yeni prokurorlar təyin edilib

Lerikə yeni prokurorlar təyin edilib. Bu barədə -un sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Baş Prokurorluğun Cinayət təqibindən kəna


yeni xeberler azerbaycan xeberleri son xeberler kriminal xeber xeberler bugun 2025 en sonxeber krimnal bugun