Kənd Təsərrüfatı Nazirliyi fermerlərə çağırış etdi

Kənd Təsərrüfatı Nazirliyi fermerlərə çağırış etdiBiçindən dərhal sonra sonra payızlıq əkin üçün müəyyən hazırlıq işləri görülməlidir, fermerlər biçindən dərhal sonra yay şumunun aparılmasını vacib əməliyyat hesab etməlidirlər.
azxeber.com Report-a istinadla xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov deyib.
Onun sözlərinə görə, fermerlər bu istiqamətdə işlərini təşkil etməlidirlər: "Aqrotexniki əməliyyatlar içərisində ən vacib əməliyyat yay şumun aparılmasıdır, bölgələrdən və torpaq iqlim şəraitindən aslı olaraq dərin şum aparılması da bura daxildir. Şumlamanın aparılmasının vaxtı müəyyənləşməlidir. Şumlama ona görə dərhal biçindən sonra aparılmalıdır ki, bitki biçiləndən sonra torpaqda nəmlik qorunub, saxlanılır. Biz həmin torpağı anında şumlamasaq günəşin şüalarının təsirindən, tempraturdan nəmlik itir. Nəmlik itəndən sonra kotan ərazini şumlamaqda çətinlik çəkir. Bu isə həm əlavə enerji və yanacaq deməkdir. Biçindən dərhal sonra şumlayanda traktor 20 litr yanacaq yandırırsa, şumlamanın vaxtını uzadanda isə bu, 25 -30 litr yanacaq sərfiyyatı deməkdir".
İ.Cümşüdov qeyd edib ki, torpaqlar ağır mexaniki torpaqlardırsa, həmin torpaqlarda dərin şumun aparılması tövsiyə edilir: "Eyni zamanda, iki -üç ildən bir yumşaldıcı aqreqatla torpağın dərininə yumşaldılması tövsiyə edilir ki, bitkinin kök sistemi torpağa yaxşı nüfuz edə bilsin, yağışlar torpağa hopa bilsin. Əgər torpaqda şumlama aparılmırsa, əlbəttə ki, bitkinin kök sistemi dərininə inkişaf edə bilmir və müəyyən maneələr yaradır. Eyni zamanda, suyu da akkumlyasiya edə bilmir, hava, su rejimi normal qaydada olmadığına görə, bitki normal böyüyə bilmir. Bu da məhsuldarlığa təsir edir. Amma yüngül tipli torpaqlarda şumun aparılmasına ehtiyac yoxdur. Şumu əvəz edən yüngül becərmə ilə, yəni diskli ağır mala ilə becərmə aparmaq olar".
O, torpağın dincə qoyulmasına münasibət bildirib:"Suvarma bölgəsində torpaqların dincə qoyulmasının əleyhinəyik. Biz torpaqdan maksimum dərəcədə səmərəli istifadə etməliyik. Çalışmalıyıq ki, bir təsərrüfat ilində bir sahədən bir-iki, hətta üçüncü məhsul götürək. Amma biz həmin torpağı dincə qoyuruqsa deməli bir il ərzində biz həmin torpaqdan istifadə etmirik. Bizim dəmyə bölgələrimiz var. Dəmyə bölgələrimizdə kənd təsərrüfatı sahəsi yağmurun miqdarından aslıdır. Ona görə də, quraq dəmyə bölgələrimizdə bir ildən bir torpaq dincə qoyulur. Torpağın dincə qoymağın mahiyyəti ondan ibarətdir ki, yağış torpaqda akkumlyasiya olsun. Ümumiyyətlə, dincə qoyulmuş sahə becərilməlidir".
Xatırladaq ki, bölgələrdə taxıl biçini başa çatmış sahələrdə yay şumunun aparılması davam edir. İyunun 6-dək ölkə üzrə 177 725 hektar sahədə yay şumu aparılıb. Yay şumu aparılan sahələr növbəti il üçün proqnozlaşdırılan taxıl əkini sahələrinin 19,3 %-ini, biçin başa çatmış ərazilərin isə 35,12 %-ini təşkil edir.

Sosial       Tarix: 12 iyul 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri


son xeberler yeni xeberler azerbaycan xeberleri azerbaycan son xeber bugun sonxəbərlər cəbhədən xəbər xeberler bugun