Kəskin istilər gəlir - Ekoloqdan açıqlama

Kəskin istilər gəlir - Ekoloqdan açıqlamaBu il Bakıda qış mövsümünün gözlənilən sərt soyuqları və qar yağıntısı müşahidə olunmadı. Əvəzində yaz aylarında qeyri-sabit və bəzən də qeyri-adi hava dəyişiklikləri diqqət çəkdi. Temperaturun tez-tez dəyişməsi və yağıntıların qeyri-bərabər paylanması sakinlər arasında müxtəlif müzakirələrə səbəb oldu. İndi isə əsas sual yay fəslinin necə keçəcəyi ilə bağlıdır, xüsusilə də havanın daha isti və quraq olub olmayacağı maraq doğurur. 
azxeber.com bildirir ki, mövzu ilə bağlı ekoloq Qorxmaz İbrahimli Demokrat.az-a bildirib ki, bu il Bakıya görmək istədiyimiz səviyyədə qar müşahidə olunmayıb:
"Son illərdə olduğu kimi, bu il də qarın az olduğu dövrlərdən biri kimi yadda qaldı. Bakı üçün qar hər zaman xarakterik hava hadisəsi deyil, çünki şəhər yarımsəhra iqlim zonasına daxil olan böyük yaşayış məntəqəsidir. Buna baxmayaraq, qış aylarında bəzən Sibir mənşəli soyuq hava kütlələri ölkəyə daxil olduqda qar müşahidə edilir. Lakin Bakı küləkli şəhər olduğuna görə bu yağıntılar çox vaxt davamlı və uzunmüddətli olmur".
Ekoloq deyib ki, bahar mövsümü isə bu il ümumilikdə yağıntılı keçdi:
"İyunun 20-dən sonra yay başlayır və görünən odur ki, iyun ayı sərin keçir. Havanın tədricən isinməsi gözlənilir. İyun ayının sonuna qədər istiləşmə davam edərsə, iyul və avqust aylarının da isti keçəcəyi ehtimal olunur.
Bu il Bakı xüsusilə küləkli keçib. Amma ölkə üzrə ümumilikdə normal yay gözləyirəm. Bakı havası ilə ölkənin ümumi hava şəraitini eyniləşdirmək düzgün deyil və bunu dəqiq proqnozlaşdırmaq da çətindir.
Ümumilikdə, normal yay keçəcək.
İyun və iyul aylarından etibarən quraqlıq dövrü başlayır. İyul daha çox quraq keçəcək. İyul və avqust ayları əsasən quraqlıqla xarakterizə olunacaq. Sentyabr ayında isə məhsul yığım mövsümü başlayır. 
Birləşmiş Millətlər Təşkilatının dünən və ya bir neçə gün əvvəl yaydığı məlumata görə, qarşıdakı yay dövrü çox quraq keçəcək və son beş il dünya üzrə daha isti və quraq olacaq. Bu, bir qədər şişirdilmiş proqnoz kimi görünür. Amma havanın istiləşməsi doğrudur və qlobal istiləşmənin təsirləri hiss olunur. Lakin bu vəziyyət faciəvi deyil. İnsanlar narahat olmamalı, gündəlik həyatlarını normal şəkildə davam etdirməlidirlər. Sadəcə, təbiətə qarşı daha diqqətli və həssas olmaq lazımdır.
Ümumilikdə isə, bu ilki yağıntılar gələcək mövsümlərdə də təbiət balansının qorunacağına ümid yaradır",- deyə o, qeyd edib.

Sosial       Tarix: 02 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Yeni prokuror tanınmış hakimin oğludur

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmi

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI

Azərbaycanın bank sektorunda 1 illik manat əmanətləri üzrə təklif olunan illik faiz dərəcələri açıqlanıb. KONKRET.azyenisabah-a istinadən xəbər verir ki, faizlərin müddətin sonunda götürülməsi şərti ilə en yüksək illik fai

ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb

Azərbaycan Beynəlxalq Bankının ("ABB") sistemində yaranan texniki nasazlıq müştərilər arasında narazılığa səbəb olub. Sosial şəbəkələrdə paylaşım edən vətəndaşlar başqa banklardan "ABB" kartlarına göndərilə

Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Bu barədə -a Konstitusiya Məhkəməsindən məlumat verilib. Qeyd olunub ki, məhkəmə iclasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilini

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl 20-25 qəpiyə təklif olunan kənd yumurtası 10 qəpik bahalaşıb. Bildirilir ki, hazırda bölgələrdə kən

Pensiyaya çıxdıqdan sonra işləyənlərlə bağlı qərar – 6 il sonra

Azərbaycanda pensiya yaşına çatdıqdan sonra işləməyə davam edən şəxslərin pensiyalarının yenidən hesablanması ilə bağlı yayılan xəbərlər maraqla qarşılanıb. Əmək fəaliyyətini davam etdirən pensiyaçılar işlədikləri müddətd

Vo Thi An Suan ADNSU-da - FOTOLAR

Ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan oktyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) səfərdə olub. Vitse-prezidenti səfər zamanı Preziden

Valideyn övladını mirasdan məhrum edə bilər? - QANUN NƏ DEYİR?

Azərbaycanda ailə daxilində əmlak bölgüsü və vərəsəlik məsələləri zaman-zaman mübahisələrə səbəb olur. Bəzi hallarda valideynlər müxtəlif səbəblərdən övladlarından birini mirasdan məhrum etmək, əmlaklarını isə digər övladların

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı yeniyetməni maşın vurub. Hadisə rayon ərazisində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü E. Mehtiyevi "VAZ 2107" markalı maşın vurub. Yeniyetmə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbər az apa.az xeberler metbuat axsam.az xeberler