Kiminsə kölgəsində qalmağa ehtiyac duymuram' - Hissdən tənqidlərə cavab

Kiminsə kölgəsində qalmağa ehtiyac duymuram' - Hissdən tənqidlərə cavabÖtən gün 106.3 FM - Azad Azərbaycan radiosunun təsis etdiyi "İlin ən yaxşı mahnısı 2024" mükafatı öz sahibini tapıb.
Mükafatın qalibi "Best" mahnısı ilə gənclərin sevimlisi Hiss olub. Onun qalib seçilməsi bəzi sənət yoldaşları tərəfindən birmənalı qarşılanmayıb.
azxeber.com mövzu ilə bağlı müğənni Hiss ilə əlaqə saxlayıb və səslənən fikirlərə münasibət öyrənib.
Müğənni bildirib ki, hər zaman zirvədə qalmağa çalışır: "Hər kəs öz fikrini bildirməkdə sərbəstdir. Amma reallıq odur ki, mənim adım çəkiləndə diqqət cəlb olunur, müzakirələr başlayır və hətta bəziləri bundan piar qazanmağa çalışır. Çox təəssüf ki, sənətdən danışmaq yerinə, şəxsi iddialar və mənasız müzakirələrlə gündəmə gəlməyə çalışanlar var. Amma mən yalnız işimlə, real uğurlarımla danışmağı üstün tuturam. Bu hiss təkcə bir mükafat deyil, həm də zəhmətimin və istedadımın təqdir olunmasıdır. Mən botlara, yalançı statistikaya və ya kiminsə kölgəsində qalmağa ehtiyac duymuram. Bəziləri mənim adımı çəkərək özlərini göstərməyə çalışırsa, bu, yalnız mənim təsir gücümün göstəricisidir. Əslində, ən yaxşı olmaq təkcə nəticə deyil, həm də davamlı olaraq zirvədə qalmaq deməkdir, mən də bu istiqamətdə çalışıram".
Hiss, "Əgər mükafat sizə verilməsə idi, hansı həmkarınızın almasını istərdiniz" sualına da özünəməxsus şəkildə cavab verib:
"Mükafatın mənə verilməməsi halında, ən vacibi odur ki, həqiqətən zəhmət çəkmiş, musiqiyə dəyər qatmış və sənətə öz toxunuşunu gətirmiş birisi bu mükafatı qazansın. Sənətdə real uğurlar, yaratdığı təsir və insanların qəlbində qoyduğu iz hər şeydən önəmlidir. Əgər bu prinsiplər qorunarsa, kimə verilməsindən asılı olmayaraq, mükafat öz dəyərini saxlayar. Məncə, əsas olan ədalət və sənətə hörmətdir" deyə müğənni bildirib.
Hissin prodüseri Ümid Zahid Babayev isə azxeber.com-a açıqlamasında müğənninin yeni layihələri haqda məlumat verib:
"Kim nə düşünürsə bu onun öz şəxsi fikridir. Biz bu qalmaqallı fikirlərin içində ilişib qalmayacağıq. Bizimçün vaxt, dəqiqə, saniyə belə çox önəmlidir. Çünki hazırda həm Azərbaycan, həm də qlobal üçün çox vacib hazırlıqlar ərəfəsindəyik. Qoy hər kəs vaxtını sərf edib bizim uğurlarımızdan danışsın. Biz isə zamanımızı Hissin daha çox uğur qazanmasına sərf edirik".
Xatırladaq ki, müğənni Səidə Sultan Hissin "İlin ən yaxşı mahnısı" mükafatını almasına etiraz edərək deyib:
"Dünən möhtəşəm xalq konsertində oldum. 106,3 FM "İlin mahnısı" mükafatını verdi. Sizcə, nə qədər doğrudur ki, il ərzində 1,8 mln baxışı olan mahnı "İlin mahnısı" adına layiq olsun? Əslinə qalsa, "İlin mahnısı" adına əsl layiq namizədləri sizə misal çəkim, qərarı siz verin: Elə biri "S.O.S". Tutaq ki, Aygün Kazımovaya mükafatı vermək istəmədiniz, o zaman Röyanın "Zülmətəm"i necə oldu?! Bunu da görməzdən gəldiniz. Roza Zərgərlinin "İstədim", mənim "Əydi qəddimi", Günay İbrahimlinin "Mən beləyəm" mahnılarını da görmədiniz?! Mənə çox maraqlıdır ki, hansı kriteriyalara görə seçirsiniz?! Əgər mahnının il ərzində dinlənmə sayına görə seçirsinizsə, "Çini çaydan" mahnısı seçdiyinizdən daha çox layiq idi" sözlərini söyləyib.
Aysel Hacızadə
Kiminsə kölgəsində qalmağa ehtiyac duymuram' - Hissdən tənqidlərə cavab

Şou Biznes       Tarix: 14 yanvar 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Məşhur aktyor 46 yaşında vəfat etdi

"Looney Tunes" cizgi filminin "Bugs Bunny" və "Daffy Duck" kimi məşhur personajlarını səsləndirən, "Emmy" mükafatlı aktyor Erik Bauza 46 yaşında vəfat edib. xarici mətbuata istinadə

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm

Türkiyəli məşhur müğənni Serdar Ortaçın ölkənin ən yaxşı kişi pop ifaçıları ilə bağlı açıqlaması gündəm olub. Müğənni ən yaxşı pop ifaçıları siyahısında Tarkandan sonra ikinci yerdə olduğunu eşidəndə bununla razılaşmayıb

Ömürlük həbs hökmünün detalları açıqlandı

Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) qətlinə görə qızı Tuğyan Ülkem Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasının əsaslandırılmış qərarı açıqlanıb. Yalova Ağır Cinayətlər Məhkəməsini

Məşhur aktyorun film çəkilişində bıçaqlı insident

Hollivud ulduzu Maykl B. Cordanın baş rolda çəkildiyi "Miami Vice 85" filminin çəkiliş meydançasında bıçaqlı insident baş verib. Hadisədən sonra bir nəfər saxlanılıb. Bu barədə "Habertürk" Nyu-York polisini

Nev vəfat etdi

Türkiyəli məşhur müğənni Nevzat Doğansoy (Nev) vəfat edib. Bu haqda xəbəri sənətçinin meneceri İlker Ercan açıqlayıb. 57 yaşlı sənətçi qaraciyər xəstəliyinə görə müalicə alırdı. Qeyd edək ki, Nev 200-ci illərdə iz qoymu

Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto

Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. İfaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib. Sənətçinin səhhətində problem yaranıb. İlkin məlumata əsasən, onun arterial təzyiqinin yüksəlib. Onun xəstəxanaya yerləşdirilməsinin dəqiq səbəbi hələlik məlu

Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib. xəbər verir ki, bu məlumatı -a açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova verib. "Asla


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxəbərlər sonxeber az metbuat ensonxeberler