Xalq artisti Elmira Şabanovanın dəfn yeri məlum oldu
Xalq artisti Elmira Şabanovanın dəfn yeri məlum olub.
Bu barədə Oxu.Az-a mərhumun qızı Leyla Şabanova məlumat verib.
O bildirib ki, Xalq artisti sabah Yasamal qəbiristanlığında, həyat yoldaşının yanında dəfn olunacaq.
Qeyd edək ki, E. Şabanova bu gün saat 16 radələrində həyatını itirib.
20:28
Xalq artisti Elmira Şabanova vəfat edib.
azxeber.com Oxu.Az-a istinadən xəbər verir ki, o, bu gün 86 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Elmira Balahüseyn qızı Şabanova 1 noyabr 1940-cı ildə Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutundada əvvəlcə aktyorluq (1958-1962), sonra rejissorluq fakültəsini bitirib.
Hələ institutun 1-ci kursunda rejissor Rüfət Şabanovla ailə qurub və rejissor ona filmlərdə çəkilməyi qadağan edib.
Rejissor Rüfət Şabanovun həyat yoldaşı, rejissor Fuad Şabanovun anasıdır.
"Azərbaycanfilm" kinostydiyasında 30-a yaxın bədii filmdə çəkilib. 1977-ci ildə "Bədbəxtliyin astanasında" qısametrajlı bədii filmi ilə kinoya qayıdan aktrisa xüsusilə 80-ci illərdə bir-birinin ardınca kino, radio və televiziyada maraqlı obrazlar yaradıb.
Onların arasında Anarın ssenarisi əsasında və rejissorluğu ilə çəkilmiş "Qəm pəncərəsi" filmində ustalıqla oynadığı Həmidə xanım obrazı mühüm yer tutur.

Əkrəm Həsənov: "Azərbaycandakı yaşayış minimumu sadəcə vətəndaşın fiziki sağ qalması üçündür"
Nərimanov rayonunda yerləşən tam orta məktəbdə şagirdlər arasında insident baş verib
Sabiq vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
Valyuta bazarında son vəziyyət
Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub
Türkiyənin 2 şirkəti Azərbaycandakı filiallarını bağlayır
"Sədərək" və "Binə"də nə baş verir? – Narahatedici məqamlar üzə çıxdı
Azərbaycan XİN COP31-in nəticələrini yüksək qiymətləndirdi
Putin və Si ABŞ-ın qaraciyərini yemək istəyirlər
"İşgüzar Axşam Ziyafəti və B2B Görüş" təşkil olundu - FOTOLAR
Trampın adamı Bakıda: Əliyev telefon zəngində bunu xüsusi vurğulayıb, lakin…
Azərbaycan və Gürcüstan XİN rəhbərləri regional əməkdaşlığı müzakirə ediblər
Azər Türk Bank "atb friday" kampaniyasına start verdi
Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib