Kimlər şəhidi və qardaşını öz siyasətinin alətinə çevirməyə cəhd edir?

Kimlər şəhidi və qardaşını öz siyasətinin alətinə çevirməyə cəhd edir?Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun şəhid ailəsi hesab edilib-edilməməsi məsələsi Müdafiə Nazirliyinə məxsus arayışın yayılması ilə bir daha müzakirə mövzusuna çevrildi. Daha doğrusu, Sənan Əhmədovun qanunvericiliyə uyğun olaraq şəhid ailəsi hesab edilməməsi haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatından sonra belə bir arayışın yayılması müxtəlif fikirlərə yol açdı. Xüsusilə "ƏƏSM yanlış məlumat verir" və kimi əsassız iddialar ortaya atılır. Halbuki, nazirlik dünən də verdiyi rəsmi açıqlamasında sadəcə qanunvericiliyin tələblərinə istinad etmiş, hətta qanunda nəzərdə tutulmasa belə Sənan Əhmədova bir otaql mənzil də təklif etmiş, sonuncu isə bundan imtina etmişdi.
Müdafiə Nazirliyinin arayışı ilə bağlı da əslində yanlışlığa yol verilir. ƏƏSM bu məsələyə aydınlıq gətirib.
Məsələnin mahiyyəti nədir?
Yayılan arayış ümumi xarakterli sənəddir və gizir Əhmədov Səbuhi Füzuli oğlunun şəhid statusu daşıdığını, onun ailə üzvlərinin isə şəhid ailəsi hesab edildiyini təsdiq edir. Lakin bu arayış Sənubi Əhmədovun qardaşı Sənan Əhmədovun "şəhid ailəsi" statusunda olduğu demək deyil.
Arayışda konkret olaraq hansı şəxsin şəhid Səbuhi Əhmədovun ailə üzvü hesab olunduğu barədə məlumat yazıılmayıb, hər hansı bir şəxsə şəhidin ailə üzvü kimi rəsmi status verilməyib.
Şəhid ailəsi statusu kimə şamil edilir?
Şəhidin ailə üzvü kimi rəsmi statusun verilməsi Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları"na uyğun həyata keçirilir.
Qanunvericilikdə bu güzəştlərdən şəhidin həyat yoldaşı, valideynləri, 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək), o cümlədən 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqları, 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaq evlərində tərbiyə olunan qardaş və bacıları, qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələri istifadə edir.
Şəhidin qardaşı Sənan Əhmədovun isə 27 yaşı olduğu üçün qanunvericiliyə əsasən şəhid ailəsi statusunda olan şəxs hesab edilmir. Buna baxmayaraq Sənan Əhmədovun dövlət qayğısı ilə təmin edilməsi istiqamətində addımlar atılır. Onun sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ƏƏSM hazırda mümkün olan təklifi – sosial tərəfdaş vasitəsilə təqdim olunan 1 otaqlı mənzili ona təklif edir.
Qanunlar ortadadır, o zaman, sual yaranır ki, bu mövzu niyə kontekstdən çıxarılmış formada gündəmdə saxlanılır?
Məlumdur ki, müəyyən qruplar bu məsələdən siyasi ambisiyaları üçün istifadə edir, xüsusilə dövlətin sosial siyasətinə, şəhid ailəsi və qazilərlə bağlı genişçaplı layihələrinə kölgə salmağa çalışırlar. Hərçənd, bu məsələnin manipulyasiya edilməsi hər şeydən öncə şəhidimiz Səbuhinin daşıdığı adın müqəddəsliyini ucuzlaşdırmaq cəhdidir, o cümlədən, qardaş itkisi ilə üzləşən Sənanın narahat edilməsidir.
Vasif Həsənli,
Demokrat.az saytının rəhbəri / azxeber.com

Sosial       Tarix: 30 sentyabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib


azerbaycan xeberleri son xeberler yeni xeberler şou biznes xəbərləri bugünkü son xəbərlər cəbhədən xəbərlər en son xeberler bu gun