Kimlərə övladlığa uşaq verilmir? - Açıqlama

Kimlərə övladlığa uşaq verilmir? - AçıqlamaSosial Xidmətlər Agentliyinin məlumatına əsasən, Azərbaycanda cari ilin ilk 6 ayında 77 uşaq övladlığa verilib. Bildirilib ki, onlardan 39-u qız, 38-i oğlandır. Qeyd edilib ki, övladlığa verilənlər arasında 3 yaşınadək uşaqlar üstünlük təşkil edib.
Azərbaycanda qüvvədə olan qanunvericiliyə əsasən, kimlər uşaq övladlığa götürə bilər? Hansı hallarda şəxsin övladlığa götürməsinə icazə verilmir? 
"Azərbaycan uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda övladlığa verilə biləcək uşaqlar, ümumiyyətlə, valideyn himayəsindən məhrum olmuş 0-18 yaş aralığındakı uşaqlardır:
"Övladlığa götürmə qəyyumluqdan fərqlənir. Bu zaman uşağa övladlığa götürən şəxsin ad və soyadı verilir, onunla bağlı mülkiyyət və vərəsəlik hüquqları formalaşır. Bu gün əsas məqamlardan biri odur ki, övladlığa götürülən uşaqlar arasında daha çox 3 yaşa qədər olanlara üstünlük verilir. Bizə də bu barədə müraciətlər olur və izah edirik ki, yalnız 3 yaşa qədər uşaqları seçmək düzgün yanaşma deyil. Axı 3 yaşdan yuxarı uşaqların da sevgiyə və ailəyə ehtiyacı var. Adətən narahatlıq ondan ibarət olur ki, gələcəkdə uşaq onun bioloji övlad olmadığını biləcək. Amma onsuz da nə vaxtsa bunu öyrənəcək. Uşağı aldatmaq doğru deyil. Əgər bu fakt uzun müddət gizlədilərsə və uşaq sonradan övladlığa götürüldüyünü öyrənərsə, bu, daha ciddi psixoloji fəsadlara səbəb ola bilər. Bu baxımdan, insanların daha çox 3 yaşa qədər uşaqlara üstünlük verdiyini görürük".
Kəmalə Ağazadə əlavə edib ki, bununla yanaşı, bizim təcrübəmizdə sığınacaqda reabilitasiya keçmiş 7-8 yaşlı uşaqların da övladlığa verildiyi hallar olub: 
"Kimlər uşağı övladlığa götürə bilməz? Ağır dərəcədə sağlamlıq məhdudiyyəti olan şəxslərə uşaq verilmir. Bildiyim qədər, qanunvericilikdə artıq I qrup əlilliyi olan şəxslərin də övladlığa uşaq götürməsi mümkündür. Lakin onların fiziki vəziyyəti ayrıca qiymətləndirilir. Həmçinin uşaqlara qarşı işgəncə, pedofiliya, zorakılıq və digər bu kimi ağır cinayətlərə görə məhkum olunmuş, cəzaçəkmə müəssisəsində cəza çəkmiş şəxslərə də qanunvericiliyə uyğun olaraq uşaq övladlığa verilmir". / azxeber.com

Sosial       Tarix: 22 iyul 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Stresə qarşı ən yaxşı vasitə açıqlandı

Sakitləşdirici fortepiano melodiyaları stresdən sonra orqanizmin bərpasına yağış, çay və şəlalə səslərindən daha tez kömək edə bilər. Bu musiqi əhvali-ruhiyyəni yaxşılaşdırır, ürək döyüntülərinin tezliyini və tərləməni azaldır

Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR

Azərbaycanın İraqdan "Aİ-92" markalı benzin tədarük etməsi diqqət çəkib. Neft hasil edən ölkə olmasına baxmayaraq, Azərbaycanın müəyyən növ yanacağın xaricdən alınması bu tədarükün səbəbləri, həcmi və iqtisadi əsaslar

Qarabağ' – 'Neftçi' oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

"Qarabağ" – "Neftçi" futbol oyunu ərəfəsində və oyundan sonra insident törətməyə cəhd göstərən 19 nəfər polis tərəfindən müəyyən edilərək saxlanılıb. . DİN-in Mətbuat Xidmətindən -un sorğusuna cavab olara

"Bu cür ciddiyyətdən uzaq çıxışlar türk siyasətçisinə yaraşmır" - Erbakana sərt cavab

Dialoq və İnkişaf Naminə İctimai Birliyinin sədri Çingiz Bayramov Türkiyənin "Yeniden Refah" partiyasının sədri Fatih Erbakanın Azərbaycan haqda əssasız fikirlərinə cavab verib. xəbər verir ki, Çingiz Bayramov cavabınd

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Bu barədə -a İdarədən məlumat verilib. Qeyd edilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabrın 19-da Bakı v

"Lyuk"a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb

Bakıda məmurlardan birinin xanımı açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 13B ünvanınd

Bakıda iki avtomobil toqquşdu: Piyada öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əkbər Akif oğlu Novruzovun idarə etdiyi avtomobil ilə Xətai rayonu, Gəncə prospektində Emil Amil oğlu İsgəndərovun sükanı arxasında olduğu minik avtomobili toqquşub

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl 20-25 qəpiyə təklif olunan kənd yumurtası 10 qəpik bahalaşıb. Bildirilir ki, hazırda bölgələrdə kən

Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü

Azərbaycan Dövlət Pedaqoji Kollecində dava olub. Hadisə kollecin həyətində baş verib. Təhsil müəssisəsinin tələbəsi Mirkamil Mirislamov (soyad şərtidir - red.) qrup yoldaşı Elvinlə zarafat edib. Zarafat Elvinin xoşuna gəlməyi


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeber az futbol xeberleri kriminal xeberler xeber