Kiviryan: "Qarabağdan sonra Meğri məsələsinin gündəmə gətiriləcəyi bəlli idi"
"Sirr deyil ki, Azərbaycan həmişə Naxçıvanla birləşmək istəyib və bu ideya ABŞ və Türkiyə tərəfindən dəstəklənib. Baxmayaraq ki, həm indiki hakimiyyət, həm də əvvəlki hakimiyyət hər şeyi Rusiyanın üzərinə atmağa çalışıb. Lakin bu məsələ ətrafında heç bir danışıqlar sənədə çevrilmədi".
KONKRET.az xəbər verir ki, bunu NEWS.am-ın müxbirinə müsahibəsində politoloq Argişti Kiviryan deyib.
O xatırladıb ki, Paşinyan hakimiyyətə gələnə qədər bu məsələ ilə bağlı bir dənə də olsun sənəd imzalanmayıb və ilk dəfə belə bir sənəd 10 noyabr 2020-ci ildə ortaya çıxıb və Paşinyanın imzası onun altında olub.
"Eyni zamanda ruslar paritet vəziyyət yaratdılar, çünki 10 noyabr bəyanatı Qarabağda ermənilərin qalmasına imkan verdi. Paşinyan bu bəyanatın 9-cu bəndini yerinə yetirməmək üçün Qarabağı qurban (?) verdi və indi Meğri mövzusuna qayıdıblar. Mən xəbərdarlıq etmişdim ki, Qarabağdan sonra bu mövzu gündəmə gələcək", – deyə Kiviryan əlavə edib.
Analitik hesab edir ki, Paşinyan mahiyyət etibarilə Azərbaycanın bütün tələblərini yerinə yetirməyə hazır olduğunu bildirib.
Yeri gəlmişkən, Paşinyan işğalda olan ərazilərimizin bir santimetrini belə qurban verməyib. Torpaqlarımızı erməni faşistlərinin caynağından Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusunun igid övladları qanı-canı bahasına geri alıb.
Günel Mikayılova,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var