Kiyevdə həbs olunan azərbaycanlı: "Məni erməni şərləyib" - FOTO

Kiyevdə həbs olunan azərbaycanlı: Vətən müharibəsi iştirakçısı Misir Qasımlı 1 ildir ki, Ukraynada həbsdə saxlanılır.
O, vəkili vasitəsilə "Qafqazinfo"ya müraciət edərək Kiyevdə qanunsuz şəkildə həbsdə saxlanıldığını iddia edib. M.Qasımlı bildirib ki, milliyyətcə erməni olan bir əcnəbi tərəfindən şərlənib:
"Həmin şəxs məni onu döyməklə şərləyib. Amma əllərində heç bir sübut yoxdur. Məni sifarişlə həbsdə saxlayırlar. Qanunsuz silah daşıma, adam qaçırma, adam döymək kimi ittihamlar irəli sürüblər. Şərləyən şəxs də İspaniyaya getdiyi üçün onu məhkəməyə belə çağırmadan iş aparırlar.
Mən özüm Rusiyada yaşayırdım. Müharibə vaxtı döyüşmək üçün Azərbaycana gəlib könüllü cəbhəyə yollandım. Müharibədən sonra isə Ukraynaya gedib işlərimi orada davam etdim. Bir dəfə Azərbaycandan dostum gəlmişdi. Onunla ad gününü qeyd etməyə getmişdik. Bir İspaniya vətəndaşı yaxınlaşdı. Sonradan araşdıranda xəbərim oldu ki, atası ərəb, anası erməni imiş. Bizimlə ingiliscə danışırdı. Tərcümə üçün ofisianta yaxınlaşdı. Ofisiant dedi ki, səninlə tanış olmaq istəyir. Hesabımızı bağladı. Ordan çıxıb başqa yerə getdik. Yolda içkili idim və aramızda söz-söhbət yarandı. Mənə narkotik satmağı təklif etdi. Mən də belə şeylərdən uzaq olmaq üçün onu maşından qovdum".
M.Qasımlı hadisədən 3 ay sonra valyuta yerində pul xırdalayarkən polis tərəfindən saxlanıldığını və şöbəyə aparıldığını bildirir:
"Şikayət edən şəxs mən bölməyə aparılandan 2-3 saat keçmədən İspaniyaya qayıtdı. Erməni lobbisinin vəkili işə qatıldı, prokurorla görüşdü. Təqsirləndirilən iki nəfər idik. Birinci bizə yüngül ittihamlar yazmışdılar. Sonra məhkəmədə dedilər ki, çölə buraxmaq olmaz, Qarabağ müharibəsində iştirak edib. Prokuror daha 3 ittiham elan etdi.
Ortada heç bir sübut yoxdur. Nə silahda, nə də bıçaqda əl izi var. Qan izi yoxdur. Hakim işimə vəkilsiz, tərcüməçisiz baxır. Diaspor nümayəndələrinə və Ukraynadakı səfirliyimizə müraciət etməyimə baxmayaraq, heç kim işlə maraqlanmır. Ailəmdən Bakıda Xarici İşlər Nazirliyinə gedənlər olub, içəri buraxmayıblar".
Fotoda: Solda Misir Qasımlı
Məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı Səfirliyi bildirib ki, Qasımlı Misir Elman oğlu və Quliyev Sübhan Babək oğlunun Kiyev şəhərində saxlandıqları və mühakimə olunmaları ilə bağlı səfirliyin məlumatı var:
"Məlumatımıza görə, prosesdə İspaniya vətəndaşı olan ərəb mənşəli şəxs şikayətçi qismində iştirak edir. Prosesə kənar müdaxilələrin olması barədə fakt aşkar edilməyib. Kifayət qədər sübut olmadığı üçün həbs müddəti iyulun ortalarınadək uzadılıb. Səfirlik mühakimə olunanların ailələri və vəkilləri ilə təmasdadır, prosesin mümkün sürətləndirilməsinə dəstək göstərilməsi məqsədilə Ukrayna tərəfinə məktub ünvanlayıb. Yuxarıdakına əlavə olaraq bildirək ki, həbs müddətinin bitməsi tarixindən öncəyə artıq məhkəmə iclası təyin edilib".
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov qeyd edib ki, Misir Qasımlının həbsi İspaniya vətəndaşı tərəfindən hüquq-mühafizə orqanlarına edilən şikayətlə bağlı olub:
"Nəzərinizə çatdırım ki, Misir Qasımlı özü və onun ukraynalı vəkili diasporumuza, yəni bizim Ukrayna azərbaycanlıları birləşmiş diasporuna nə yazılı, nə də şifahi müraciət etməyiblər. Bir həftə öncə bizə bununla bağlı məlumat çatıb. Məlumatı aldığımız gün özü və vəkili ilə məsələ ilə bağlı söhbət etmişəm. Bundan sonra Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun hüquqşünası və hüquq-mühafizə orqanları ilə əlaqə yaradaraq məsələni araşdırmışıq. Hazırda Misir Qasımlının vəkili tərəfindən apellyasiya məhkəməsinə müraciət olunub ki, həbslə bağlı qərar ləğv edilsin. Dünən bizə Ədliyyə Nazirliyindən məlumat verdilər ki, iyulun 13-nə Misir Qasımlının məhkəmə prosesi təyin olunub və həmin prosesdə bizim vəkilimiz də iştirak edəcək. Həmçinin təşkilatımızın Misir Qasimlının azadlığa buraxılması ilə bağlı zamin durmasını özündə əks etdirən hüquqi sənəd məhkəməyə təqdim olunacaq.
Bildiyim qədərilə səfirlik bu məsələ ilə bağlı Ukraynanın Ədliyyə Nazirliyinə, Baş Prokurorluğuna və digər hüquq-mühafizə orqanlarına müraciət göndərib. Lakin İspaniya səfirliyi də öz vətəndaşlarının hüquqlarının pozulduğunu düşünür. Məsələnin obyektiv araşdırılması ilə bağlı bütün mövqeyimizi ortaya qoymuşuq. Ümid edirik ki, yaxın zamanda qazimiz azadlığa buraxılar".
Qeyd edək ki, 29 yaşlı Misir Qasımlı Vətən Müharibəsində iştirak edib. O, "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub.
Kiyevdə həbs olunan azərbaycanlı: Kiyevdə həbs olunan azərbaycanlı:

Sosial       Tarix: 07 iyul 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa


azerbaycan xeberleri son xeberler yeni xeberler hava son xeberler bugun axsam az xeberler valyuta