Klublararası dünya çempionatının qalibi bəlli oldu
ABŞ-də keçirilən klublararası dünya çempionatının qalibi bəlli olub.
KONKRET.azxəbər verir ki, final oyununda Fransanın PSJ klubu İngiltərə təmsilçisi "Çelsi" ilə üz-üzə gəlib.
Qarşılaşma "Çelsi"nin böyükhesablı qələbəsi ilə bitib. İngilislər fransızları üç dəfə meydanın mərkəzinə dəvət ediblər.
London təmsilçisinin heyətində Koul Palmer iki (22, 30-cu dəqiqə), Joau Pedro (43) bir dəfə fərqlənib.
"Çelsi" tarixində ikinci dəfə Klublararası Dünya Çempionatının qalibi olub. Komanda 2021-ci ildə finalda Braziliyanın "Palmeyras" komandasına əlavə vaxtda 2:1 hesabı ilə qalib gələrək turnirin birincisi seçilib. 2012-ci ildə isə "Çelsi" finalda Braziliyanın "Korintians" klubuna 0:1 hesabı ilə uduzub.
PSJ isə ilk dəfə Klublararası Dünya Çempionatında iştirak edib.
Qeyd edək ki, PSJ 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının, "Çelsi" isə Konfrans Liqasının qalibi olub.
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər