Klubların şikayətinə AFFA rəsmisindən cavab
Region Liqasında çıxış edən klubların yaşadıqları problemlərə AFFA rəsmisi cavab verib.
KONKRET.az xəbər verir ki, "İsmayıllı" klubunun baş məşqçisi Tərlan Vahidov məsələ ilə bağlı açıqlama verib.
"AFFA Region Liqasında çıxış edən komandalara oyunbaşına 300 manat vəsait ayırır. Ümumilikdə 10 ədəd top və futbol formaları verir. Yerdə qalan məsələlər isə klubların ixtiyarına buraxılır. Stadionu olmayan komandalar idman kompleksinin ixtiyarında olan meydançada oynamalı olurlar. Gənclər və İdman Nazirliyinin tələblərinə əsasən, idman kompleksinə hər oyun üçün 200 manat ödəniş olunur".
Məsələ ilə bağlı AFFA-nın mətbuat katibi Elnur Məmmədli sorğumuzu cavablandırıb.
"Region Liqasında çıxış edən komandalara hər oyuna (həm ev, həm də səfər) 300 manat verilir. Komandalara iki dəst forma hədiyyə olunur və mövsüm ərzində 10 top verilir. Komandalar Region Liqasında çıxış etmək üçün müraciət etdikləri zaman stadionla bağlı təminat məktubları verirlər. Onlar stadionla bağlı bu təminatları verməsələr, liqaya buraxılmazlar. Yəni bir növ komandaların öhdəliyidir stadion məsələsi. Region Liqasında çıxış etmək istəyən komanda stadionla yanaşı, təhlükəsizliyi təmin etməlidir, həmçinin oyunlarda həkim olmalıdır. Bu Region Liqasında çıxış etmək üçün minimum tələblərdir", – deyə o bildirib.
Qeyd edək ki, Region Liqasında mükafatçılara – 1-ci yerə görə 10 min manat, 2-ci yerə görə 5 min manat, 3-cü yerə görə 2 min manat mükafat verilir. (oxu.az)
Turlar.az [newsid: 0-123300]

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto