Kobaxidze Blinkeni yalan danışmaqda ittiham edib
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ dövlət katibi Antoni Blinkeni yalan danışmaqda ittiham edib.
KONKRET.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Kobaxidze deyib: "Dövlət katibinin bəyanatı yalan üzərində qurulub. Ümid edirəm ki, 20 Yanvardan sonra biz Amerikanın heç bir bəyanatında belə yalanlarla rastlaşmayacağıq". Kobaxidze bunu jurnalistlərə Gürcüstan rəhbərliyinə qarşı sanksiyalar mövzusunu və Blinkenin "səsini boğmağa çalışanların cəzalandırılması ilə bağlı bəyanatını şərh edərkən deyib. Kobaxidze Ukrayna ilə münasibətlər mövzusuna da toxunaraq bildirib ki, Gürcüstan hələ də bu ölkə ilə birtərəfli dostluq rejimində qalır: "Bu ölkə və onun dost xalqı bizim üçün çox əzizdir, buna əsaslanaraq, Ukrayna rəhbərliyinin hansı qərar qəbul etməsindən asılı olmayaraq, biz Ukraynaya və onun xalqına sadiq qalırıq". O qeyd edib ki, Ukrayna rəhbərliyi sanksiyaları qəbul edərkən müstəqil qərar qəbul etməyib: "Görünür, müəyyən qüvvələr regionumuzda ABŞ-nin yeni administrasiyası üçün çətin bir miras qoymağa çalışır", -deyə Kobaxidze bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu