Kobaxidze: Regionda əməkdaşlığımız sülh və sabitliyin qorunması üçün xüsusi əhəmiyyət kəsb edir

Kobaxidze: Regionda əməkdaşlığımız sülh və sabitliyin qorunması üçün xüsusi əhəmiyyət kəsb edirAzərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və ölkələr ikitərəfli əməkdaşlığı dərinləşdirməlidir.
azxeber.com "Report"a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.
"Regionda ölkələrimiz arasında əməkdaşlıq sülh və sabitliyin qorunmasında xüsusi əhəmiyyət kəsb edir. Biz bir-birimizin suverenliyini dəstəkləməyə davam edirik. Görüşdə region və dünyada cərəyan edən və mövqelərimizə təsir göstərən siyasi prosesləri müzakirə etdik, biz bütün çağırışların öhdəsindən birlikdə gəlməliyik", - Kobaxidze qeyd edib.
Baş nazirin sözlərinə görə, Gürcüstanın strateji tərəfdaşı olan Azərbaycanla münasibətlərin dərinləşdirilməsi prioritet təşkil edir.
"Biz həmçinin üçtərəfli dialoqa və regional əməkdaşlığın inkişafına dəstək verməyə hazırıq", - o əlavə edib.
Kobaxidze bildirib ki, Azərbaycan Prezidenti ilə görüşdə ikitərəfli gündəliyə aid məsələlər, regional vəziyyət və qlobal məsələlər müzakirə olunub.
"Əlbəttə ki, bütün bu proseslər regionumuza təsir göstərir", - deyən baş nazir Cənubi Qafqazda sülh və sabitliyin birgə səylərlə qorunmasına hazır olduqlarını qeyd edib.

Siyasi       Tarix: 17 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 11-d

İrlandiyadakı tarixi görüş - Kameralara belə düşdü

Məlum olduğu kimi, Dublində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. -ın məlumatına görə, liderlərin görüşü Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısı çərçivəsind

Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib

İrəvanda yerləşən, Azərbaycan xalqının qədim tarixi-mədəni irsinin nümunələrindən biri olan Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsinin adının verilməsi tarixi-mədəni kimliyin təhrif olunmasına yönəlmiş növbət

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycanın əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. xatırladır ki, Konstitusiya 31 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsində

Zahid Oruc: "Azərbaycanı kənardan idarə etmək istəyənlər yanılır

"Azərbaycan müstəqillik qazandıqdan sonra Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qərb dövlətlərindən gözləntilərimiz maksimum səviyyədə idi. Çünki həmin dövlətlər iqtisadi, texnoloji və xüsusilə də hüquqi baxımda

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbası təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizi

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirilir

Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilir. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məluma

Türkiyə Ermənistanla sərhədi açır?

Türkiyə Ermənistanla dəmir yolu sərhəd-keçid məntəqəsinin və Alican avtomobil sərhəd-keçid məntəqəsinin açılması üçün zəruri hazırlıqları tamamlayıb. xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadi

Qantz Netanyahunu əvəz edəcək? İsraildə hakimiyyət savaşı

İsraildə keçirilən seçkilərdən sonra ölkədə hakimiyyətin formalaşdırılması ilə bağlı siyasi proseslər diqqət mərkəzinə düşüb. Seçkilərdə Benyamin Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyası 53 mandat qazans


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbərlər.com az xeber sou xeberler bugun bu gunun xeberleri haqqinda melumat