Köhnə avtomobili olanlara sevindirici xəbər - Güzəştlər olacaq
Bəzi inkişaf etmiş ölkələrdə utilizasiya prosesi məcburi xarakterlidir və vaxtında təhvil verilmədikdə cərimə tətbiq olunur.
azxeber.com trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin əməkdaşı Qızılgül Həsənova nəqliyyat vasitələrinin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada deyib.
O vurğulayıb ki, ölkəmizdə nəqliyyat vasitələrinin utilizasiyası könüllüdür.
"Vətəndaşlar öz nəqliyyat vasitələrini utilizasiyaya təqdim etməklə yeni avtomobilin alınması zamanı güzəşt məbləği və ya birdəfəlik ödəniş əldə edə biləcəklər.
Utilizasiya prosesi nəqliyyat parkının yenilənməsi, insan sağlamlığına və ətraf mühitə mənfi təsirlərin azaldılması ilə yanaşı, yol hərəkəti təhlükəsizliyinin təmin olunması, yerli avtomobil bazarının stimullaşdırılması və avtomobil istahsalçısının dəstəklənməsi, habelə, yeni iş yerlərinin yaradılmasına töhfə verəcək".
Q.Həsənova qeyd edib ki, beynəlxalq təcrübədə bir çox ölkələrdə nəqliyyat vasitələrinin utilizasiyası tətbiq edilərək, uğurlu nəticələr əldə olunub.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR