Köhnə dolları olanların diqqətinə: Banklar niyə imtina edir?

Köhnə dolları olanların diqqətinə: Banklar niyə imtina edir?ABŞ dolları Azərbaycanda ən çox istifadə edilən xarici valyutalardan biridir. Son vaxtlar isə bəzi bankların köhnə seriyadan olan və ya cüzi zədələnmiş dollar əskinaslarını qəbul etməməsi vətəndaşların narazılığına yol açıb. Bu vəziyyət valyuta mübadiləsi aparan şəxslər arasında suallar doğurur.
Bəs banklar köhnə dollar əskinaslarını niyə qəbul etmək istəmir?
azxeber.com xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, bunun əsas səbəbi bankların həmin əskinasları yenidən dövriyyəyə buraxmaqda çətinlik çəkməsidir.
Ekspertin sözlərinə görə, banklar dolları uzun müddət saxlamır, onu bir müştəridən alaraq digərinə satırlar:
"Bank köhnə, cırıq və ya zədələnən dolları qəbul etməyə həvəsli olmur. Çünki onu sonradan başqa şəxsə satmaq çətinləşir. Bank dolları yığıb saxlamır. Bir şəxsdən alır, digərinə satır. Köhnə əskinası satmaqda problem yaşadığı üçün onu almaqdan da yayınır."
X.Kərimli qeyd edib ki, manatla bağlı vəziyyət fərqlidir. Onun sözlərinə görə, köhnələn və ya müəyyən dərəcədə zədələnən manat əskinasları banklar qəbul edərək Azərbaycan Mərkəzi Bankı vasitəsilə yenisi ilə əvəz edə bilirlər.
"Amma dolların sahibi Azərbaycan Mərkəzi Bankı deyil. Dolların emissiyaçısı ABŞ Mərkəzi Bankıdır. Azərbaycan banklarının həmin əskinasları ABŞ-a göndərib dəyişdirməsi həm çətin, həm də məhdud imkanlara malik prosesdir. Mərkəzi Bank dollarla bağlı təminat vermir. Bank burada sadəcə vasitəçi rolunu oynayır", – deyə iqtisadçı vurğulayıb.
Ekspert hesab edir ki, məhz bu səbəbdən banklar köhnə və ya zədələnən dollar əskinaslarını qəbul etməkdə ehtiyatlı davranırlar.

Sosial       Tarix: 29 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı yeniyetməni maşın vurub. Hadisə rayon ərazisində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü E. Mehtiyevi "VAZ 2107" markalı maşın vurub. Yeniyetmə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

"Şəkinin memarlığı və mətbəxi turistlərin diqqətini cəlb edir" - Murad Ağabəyli

"Şəkinin memarlığı və mətbəxi turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdəndir". xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətini

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində qaçaqmal aşkar olunub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən -a verilən məlumata görə, DSX Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinin, texniki müşahid

"Bu cür ciddiyyətdən uzaq çıxışlar türk siyasətçisinə yaraşmır" - Erbakana sərt cavab

Dialoq və İnkişaf Naminə İctimai Birliyinin sədri Çingiz Bayramov Türkiyənin "Yeniden Refah" partiyasının sədri Fatih Erbakanın Azərbaycan haqda əssasız fikirlərinə cavab verib. xəbər verir ki, Çingiz Bayramov cavabınd

Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək

Oktyabrın 20-si azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat gediş-gəlişini təmin etmək məqsədilə "Sabah" futbol klubunun təşəbbüsü və AYNA-nın dəstəyilə ödənişsiz avtobuslar təşkil olunacaq. Bu barədə -a Rəqəmsa

"Ədalətsizliyə göz yuman sistem uzunmüddətli sabitlik yarada bilməz" – Deputat

"Azərbaycan həm haqqını müdafiə edən, həm də dialoqa açıq olan ölkə kimi regionda sülh və əməkdaşlığın təminatçısı rolunu davam etdirir". Bu sözləri -a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib

Valideyn övladını mirasdan məhrum edə bilər? - QANUN NƏ DEYİR?

Azərbaycanda ailə daxilində əmlak bölgüsü və vərəsəlik məsələləri zaman-zaman mübahisələrə səbəb olur. Bəzi hallarda valideynlər müxtəlif səbəblərdən övladlarından birini mirasdan məhrum etmək, əmlaklarını isə digər övladların

Stresə qarşı ən yaxşı vasitə açıqlandı

Sakitləşdirici fortepiano melodiyaları stresdən sonra orqanizmin bərpasına yağış, çay və şəlalə səslərindən daha tez kömək edə bilər. Bu musiqi əhvali-ruhiyyəni yaxşılaşdırır, ürək döyüntülərinin tezliyini və tərləməni azaldır


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bugun 2026 canli xeber.az cəbhədən xəbərlər son xeberler bugun