Köhnə su sayğacları tarixə qovuşur: Milyonlarla abonenti gözləyən yenilik

Köhnə su sayğacları tarixə qovuşur: Milyonlarla abonenti gözləyən yenilikAzərbaycanda su infrastrukturunun müasirləşdirilməsi və rəqəmsal idarəetməyə keçid istiqamətində mühüm mərhələ başlayır. Su itkilərinin minimuma endirilməsi, qəzalara operativ müdaxilənin təmin edilməsi və istehlakın daha dəqiq uçotunun aparılması məqsədilə istismar müddətini başa vurmuş mövcud sayğaclar uzaqdan oxunan yeni nəsil texnologiyalarla əvəz olunacaq. Bu innovativ addım ölkənin su təchizatı zəncirinin mənbədən son istehlakçıya qədər tam avtomatlaşdırılmasını hədəfləyən genişmiqyaslı layihələrin əsas tərkib hissəsidir.
"Su infrastrukturu üzrə icra etdiyimiz layihələrin hamısında SCADA həllərinin tətbiqi nəzərdə tutulur", - deyə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib.
O qeyd edib ki, bu prosesin son mərhələlərindən biri də sayğac sistemlərinin tam elektronlaşdırılmasıdır:
"Hazırda əsasən mexaniki və smart tipli sayğaclardan istifadə olunur. Mövcud sayğacların əksəriyyətinin istismar müddəti başa çatıb. Biz artıq uzaqdan oxunan və idarə olunan yeni nəsil sayğaclara keçid edirik".
azxeber.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Köhnə su sayğacları tarixə qovuşur: Milyonlarla abonenti gözləyən yenilik - FOTO
"İnsan amili aradan qalxacaq"
İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti Bəhruz Əliyevin sözlərinə görə, uzaqdan oxunan sayğaclara keçid rəqəmsallaşma baxımından zəruri və zamanında atılmış addımdır: "Yeni sistemin əsas məqsədi su mənbəyindən son istehlakçıya qədər olan idarəetmə zəncirini tam avtomatlaşdırmaqdır. Burada hədəf sadəcə köhnə sayğacları yeniləmək deyil, əsas vəzifə su itkilərini azaltmaq, göstəriciləri dəqiq toplamaq, şəbəkədəki təzyiqi idarə etmək və qəzalara daha operativ reaksiya verməkdir. Sirr deyil ki, hazırda dünyada su təsərrüfatı sahəsində ən ciddi problemlər məhz gecikmiş məlumatlar, sızmalar və itkilərlə bağlıdır. Bu prosesdə tətbiq edilən SCADA sistemi nasos stansiyalarını, anbarları, xətlərdəki təzyiqi, suyun axınını, habelə qəza və nasazlıq siqnallarını real vaxt rejimində izləməyə imkan verir. Ənənəvi idarəetmədən fərqli olaraq, SCADA vasitəsilə məlumatların mərkəzi sistemə avtomatik ötürülməsi insan amilini aradan qaldırır və qərarların daha çevik qəbul olunmasına şərait yaradır".
Köhnə su sayğacları tarixə qovuşur: Milyonlarla abonenti gözləyən yenilik - FOTO
"Vətəndaşlar üçün geniş rəqəmsal imkanlar açır"
B.Əliyevin fikrincə, yeni sayğacların əsas üstünlükləri göstəricilərin mərkəzə avtomatik ötürülməsi, insan xətalarının minimallaşdırılması, borc və istehlak məlumatlarının dəqiq hesablanması, sızma və qeyri-adi sərfiyyatın dərhal aşkarlanması və abonentin öz istehlakını onlayn şəkildə izləyə bilməsidir: "Yeni texnologiyalar vətəndaşlar üçün geniş rəqəmsal imkanlar açır. Abonentlər mobil tətbiq vasitəsilə gündəlik su sərfiyyatını görə, qəfil artımı vaxtında təyin edə, ödənişləri tənzimləyə, şikayət və müraciətləri rəqəmsal formatda izləyə bilərlər. Dünya təcrübəsi göstərir ki, bu cür sistemlər sayəsində sərfiyyat normadan kənara çıxdıqda və ya şəbəkədə təzyiq dəyişdikdə mərkəzi sistemdə anında xəbərdarlıq yaranır. Nəticə etibarilə, həm vətəndaş üçün daha dəqiq və ədalətli hesablama sistemi formalaşır, həm də dövlət səviyyəsində su ehtiyatlarının qorunması gücləndirilir".
"Qurumlara olan etimad artacaq"
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc da düşünür ki, yeni tətbiq olunacaq su sayğacları müasir beynəlxalq standartlara cavab verən, kənar şəxslərin qanunsuz müdaxilələrini tamamilə məhdudlaşdıran, habelə uzaqdan ölçmə və rəqəmsal nəzarət imkanlarına malik innovativ vasitədir: "Bu mükəmməl sistem həm böyük həcmli su itkisinin qarşısının alınması, həm də istənilən qəza anında şəbəkəyə dərhal və təcili müdaxilənin təmin edilməsi kimi mühüm üstünlüklərə malikdir. İndiyə qədər mövcud olan ənənəvi sayğac sistemlərindəki texniki qüsurlar, hesablama zamanı yaranan çətinliklər və bunun nəticəsində ortaya çıxan haqlı vətəndaş narazılıqları məhz bu cür tamamilə yeni idarəetmə sisteminin tətbiqini zəruri edirdi. Sayğac göstəricilərinin mərkəzləşdirilmiş qaydada, uzaqdan oxunmasının təmin olunması və prosesə hər hansı kənar müdaxilələrin qarşısının alınması real su istehlakının həcminin daha dəqiq, şəffaf hesablanmasına gətirib çıxaracaq. Eyni zamanda, ödəniş və vəsaitlərin toplanması proseslərində nəzərəçarpacaq çeviklik yaranacaq. Bütün bu sadalanan müsbət dəyişikliklərin nəticəsi sıravi vətəndaşlarla kommunal xidmət göstərən qurumlar arasında mövcud olan etimad mühitini daha da gücləndirəcək. Abonentlər isə vaxt itkisinə səbəb olan əlavə bürokratik əngəllərdən, hesablaşma zamanı yaranan anlaşılmazlıqlardan və texniki problemlərdən birdəfəlik azad olacaqlar".
Köhnə su sayğacları tarixə qovuşur: Milyonlarla abonenti gözləyən yenilik - FOTO
"İnfrastruktur qəzalarının sayı kəskin şəkildə azalacaq"
V.Oruc bildirdi ki, rəqəmsal sayğacların kütləvi tətbiqi indiyədək bu sahədə yığılıb qalmış, illərlə həllini gözləyən problemlərin tədricən azalmasına və bütövlükdə aradan qalxmasına xidmət edəcək: "Qlobal su qıtlığı fonunda müasir dövrdə su itkisinin qarşısının maksimum səviyyədə alınması olduqca vacib, hətta strateji əhəmiyyət kəsb edən bir məsələdir. Məhz içməli suya qənaət edilməsi və ondan istifadənin daha səmərəli tənzimlənməsi baxımından, bu texnoloji yeniliyin böyük əhəmiyyəti var. Avtomatlaşdırılmış idarəetmə sayəsində sözügedən sistem həm də infrastruktur qəzalarının sayının kəskin şəkildə azalmasına da öz birbaşa müsbət təsirini göstərəcək. Bununla yanaşı, regionlarda və paytaxt ərazisində ümumi su təchizatı tam normallaşacaq, mərkəzləşdirilmiş nəzarət mexanizmi isə xeyli dərəcədə gücləndiriləcək".

Sosial       Tarix: 06 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

"Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq". xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. "Yaxı

"Yaxşı ki, Tibbə qəbul olmadım" - 617 balla baytarlığı seçən Xaliq

Lənkəran şəhər 8 saylı tam orta məktəbinin məzunu Xaliq Mübariz oğlu Zeynallı qəbul imtahanında 617 bal toplasa da, arzusu olduğu üçün Baytarlıq ixtisasını (ingilis dilində) seçib. "Qafqazinfo" ya istinadən xəbə

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Azərbaycanda toy ənənəsi dəyişir - Bahalı müğənnilər toylara dəvət olunmur…

Toyların sayında müşahidə olunan kəskin azalma toy sənayesini yeni reallıqlarla üz-üzə qoyub. Hazırda şadlıq sarayları, musiqiçilər, gəlinlik salonları, fotoqraflar maliyyə böhranı ilə üz-üzədirlər. Şadlıq sarayları böhranda

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xabar hava proqnozu xeber saytlari cəbhədən canlı