Komanda yoldaşını öldürən yeniyetməyə cəza veriləcək?
Ötən həftə Bakının Xətai rayonunda yerləşən "Hədəf" idman klubunda faciə baş verib. İlkin məlumata görə, 15 yaşlı yeniyetmə idmançılardan biri digərini boğaraq öldürüb.
KONKRET.az xəbər verir ki, "Hədəf" idman klubundan Oxu.az-a ehtiyatsızlıqdan komanda yoldaşını öldürən yeniyetmənin 15 yox, 13 yaşı olduğu bildirilib.
"Həyatını itirən yeniyetmə də onunla yaşıddır. Hadisə güləşərkən baş verib, qəsdən olmayıb. Başqa bir məlumat bilmirəm", – klub əməkdaşı deyib.
Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Saleh Hacıyev bildirib ki, hadisə ilə bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
Vəkil Pərviz Hacıyev məsələnin hüquqi tərəflərini belə izah edib:
"Cinayət Məcəlləsinin 20.1-ci maddəsinə görə, cinayət törədərkən on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb olunur. Hərbi cinayətlər üzrə 18, bir sıra ağır cinayətlər üzrə 14 yaş müəyyən edilib. Burada görünən odur ki, hər iki yeniyetmənin 13 yaşı var. Şəxslər yetkinlik yaşına çatmış olsaydılar və hadisə ehtiyatsızlıqdan baş versəydi, "ehtiyatsızlıqdan adamöldürmə" ilə iş açılacaqdı. Hər ikisinin 13 yaşı var. 13 yaşlı yeniyetmə cinayət məsuliyyətinə cəlb olunmur.
Sadəcə, sənədləri yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyaya göndəriləcək. Orada yeniyetmənin valideynləri ilə söhbət aparılacaq və bir sıra tədbirlər görüləcək. Çünki o, cinayət məsuliyyətinə cəlbetmə yaşına çatmayıb. Hadisəni ehtiyatsızlıqdan törətdiyi iddia olunan yeniyetmənin 16 yaşı olsaydı, məsuliyyətə cəlb olunardı".

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto