Kommunal xidmətlərlə bağlı yenilik

Kommunal xidmətlərlə bağlı yenilikAzərbaycan hökuməti kommunal xidmətlərin idarə olunmasında rəqəmsal transformasiyanın həyata keçirilməsi istiqamətində mühüm addım atıb. "Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sisteminin yaradılması və aidiyyəti sistemlərin inteqrasiyası üzrə 2025-ci il üçün Yol Xəritəsi" təsdiqlənib. Yol xəritəsinə görə, cari ilin 1 may tarixinə qədər kommunal qurumlar üzrə vahid abunəçi kodu mexanizmi yaradılması və Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin formalaşdırılması ilə bağlı konseptual sənədin hazırlanması planlaşdırılır. 2025-ci ilin sonuna qədər layihə ilə bağlı əsas mərhələlərin tamamlanması nəzərdə tutulur. Sistemin yaradılmasına rəhbərliyi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi həyata keçirir.
azxeber.com "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:
Xidmət keyfiyyəti və şəffaflıq əhəmiyyətli dərəcədə artacaq
Agentlikdən bildirildi ki, Vahid İnformasiya Sistemi ölkədə kommunal sahədə idarəetmənin effektiv təşkili məqsədi daşıyır: "Sistem kommunal xidmətlərlə bağlı zəruri məlumatların toplanması, emalı, vahid platformada birləşdirilməsi, bu məlumatlar əsasında monitorinqlərin və analitik təhlillərin aparılması, proqnozların hazırlanması və vətəndaşlara mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsi üçün əsas infrastruktur olacaq. Bu sistem vasitəsilə kommunal xidmət sahəsində həm dövlətin idarəetmə funksiyası güclənəcək, həm də xidmət keyfiyyəti və şəffaflıq əhəmiyyətli dərəcədə artacaq".
Qurumun məlumatına görə, sistem vətəndaşlar üçün bir sıra yenilik və rahatlıq vəd edir: "Sistem abonentlərə kommunal xidmətlərlə bağlı məlumatları vahid platformadan əldə etməyə və ödənişləri daha rahat həyata keçirməyə imkan verəcək. Ən başlıcası, bu sistem vasitəsilə istifadəçilər vahid portal üzərindən elektrik, qaz, su, istilik və digər kommunal xidmətlər üzrə borclarını, sərfiyyat göstəricilərini və tarifləri izləyə biləcəklər. Sistemin təqdim edəcəyi e-xidmətlər sayəsində vətəndaşlar onlayn ödəniş, elektron müraciət, xəbərdarlıqların alınması, avtomatik ödəniş planlaşdırılması və rəqəmsal arxivdən istifadə kimi imkanlara malik olacaqlar".
MİS-lər, liftlərə dair xidmətlər də sistemə inteqrasiya edilə bilər
Agentlikdən bildirildi ki, Yol Xəritəsinə əsasən, sistemə aşağıdakı kommunal xidmət növləri - elektrik enerjisi, qaz, su, kanalizasiya və istilik təchizatı daxil edilib. Bu xidmətlər üzrə məlumatlar real vaxt rejimində mərkəzləşdirilmiş sistemə ötürüləcək və vətəndaşlar bu məlumatlara rahat çıxış əldə edəcəklər: "Gələcək mərhələlərdə isə xidmət spektrinin daha da genişləndirilməsi nəzərdə tutulur. Yaşayış binalarının idarə olunması (Mənzil İstismar Sahəsi -MİS), lift və mənzil fonduna dair xidmətlər də potensial olaraq bu sistemə inteqrasiya edilə bilər. Əgər bu sahələr üzrə rəqəmsallaşma təmin olunarsa və aidiyyəti normativ-hüquqi baza formalaşarsa, həmin ödənişlər və xidmətlər də sistem daxilində elektron şəkildə idarə oluna bilər".
Əvvəlcə böyük şəhərlərdə tətbiq ediləcək
Vahid İnformasiya Sistemi ilkin mərhələdə Bakı və böyük şəhərlərdə pilot layihə şəklində tətbiq olunacaq: "İnfrastruktur və texnoloji imkanlar formalaşdıqdan sonra sistemin mərhələli şəkildə bütün regionlarda tətbiqi planlaşdırılır". Bu ilin 1 dekabr tarixinə qədər abonentlərin fərdi identifikasiya nömrəsi üzrə məlumat bazasının mötəbərliliyinin 90 faizə çatdırılması, eyni zamanda abonentlərin VÖEN üzrə məlumat bazasının mötəbərliliyinin 70 faizə yüksəldilməsi nəzərdə tutulur. Onun icrası çərçivəsində kommunal qurumların inteqrasiyası, vahid abunəçi kodu mexanizminin tətbiqi və elektron xidmətlərin "mygov" rəqəmsal hökumət platformasına inteqrasiyası nəzərdə tutulur.
"Elektron hökumət xidmətləri daha əlçatan olacaq"
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasovun sözlərinə görə, Yol Xəritəsində nəzərdə tutulan əsas yeniliklərdən biri vahid abunəçi kodunun tətbiqidir. Beləliklə, bütün xidmətlər üzrə məlumatlar mərkəzləşdirilmiş sistemdə toplanacaq: "Kommunal operatorların sistemləri inteqrasiya olunacaq. Real vaxt rejimində məlumat mübadiləsi təmin ediləcək, abonentlərə dəqiq və operativ xidmət göstəriləcək. Xidmətlərin 50 faizi və bildirişlər "myGov" üzərindən təqdim ediləcək. Elektron hökumət xidmətləri daha əlçatan olacaq. Ödənişlər və məlumat əldə etmə prosesi sadələşdiriləcək. Vətəndaşlar üçün rahat interfeys və sürətli əməliyyatlar təmin olunacaq".
E.Abbasovun fikrincə, bu sistemin yaradılması bir çox problemi aradan qaldıracaq: "Beləliklə, vətəndaşlar bir fin kod üzərindən istədikləri an bütün məlumatlarını görəcəklər. Vətəndaş sərfiyyatından əmin olacaq. Hesablamalarını aparacaq, büdcəsini təyin edəcək".
"İnsan faktoru aradan qalxacaq"
Ekspert bildirdi ki, yeni sistem ünvan problemlərini kökündən çözəcək: "Hazırda bəzi yeni qəsəbələrdə ünvan problemləri var. Hər bir kommunal ödəniş üzrə fərqli ünvan göstərilir. Yəni su qəbzində fərqli, qaz qəbzində fərqli ünvan olur. Sistemin tətbiqindən sonra bu kimi problemlər aradan qalxacaq".
Müsahibimizin sözlərinə görə, növbəti addım sayğaclarla bağlıdır. Sistemin tətbiqindən sonra quraşdırılacaq yeni nəsil "ağıllı sayğaclar" birbaşa mərkəzdən idarə olunacaq: "Artıq sahə müfəttişlərinə ehtiyac aradan qalxır. Sayğaclarla qurumlar mərkəzdən əlaqə yarada biləcəklər. Bu sistemin hədəflərindən biri kommunal xidmətlərin ödənişi zamanı insan faktorunu aradan qaldırmaqdır. Çünki harada insan faktoru olursa, orada müəyyən neqativ hallar ola bilir. Artıq bir çox qurumlar ağıllı sayğacları test edir, pilot layihələr həyata keçirirlər".

Sosial       Tarix: 27 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Kredit götürənlərə faiz güzəşti ediləcək? – Ekspertdən AÇIQLAMA

Banklardan kredit götürən şəxslərə təklif olunan sığorta xidmətləri borcalanlar üçün əlavə xərc yaratsa da, bunun qarşılığında hansı üstünlüklərin əldə edildiyi sual doğurur. Xüsusilə kredit sığortasının kreditin təsdiqlənməsinə

Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq

Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımı

Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan

Mustafa Kamal Atatürkün mirasından sui-istifadə edənlər onilliklər ərzində bu millətə yuxarıdan aşağı baxdılar. Qazinin fikirlərini öz siyasi məqsədlərinə uyğunlaşdırmaq üçün təhrif edərək, bu millətə ən böyük ziyanı vurdular

Bu ölkələrin Konstitusiyası yoxdur – Bəs necə idarə olunurlar?

Bu il müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Ölkənin Əsas Qanunu 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dünyanın əksər ölkələrində dövlətin idarəçili

Bakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olub

Nizami Kino Mərkəzində Bakı Media Mərkəzinin istehsalı olan "Sükut içində addımlar" tammetrajlı sənədli filminin təqdimat mərasimi keçirilib. xəbər verir ki, tədbirdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva

Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü

Bakıda ağır qəza zamanı xəsarət alan şəxs iş adamı imiş. -a istinadən xəbər verir ki, noyabrın 4-də paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs iş adamı Şənli

Nigar Kərimova direktor təyin olundu

Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutuna icraçı direktor təyin olunub. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Qeyd edilib ki, digər əmrlə ona institutun baş direktoru vəzifəsinin səlahiyyətlərin

Tanınmış jurnalistə 'Səbail' klubunda vəzifə verildi

"Səbail" futbol klubunda yeni təyinat baş tutub. Tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah"

Bu ölkədə cəmi iki faiz əhali vergi odəyir

Hindistanda əhalinin cəmi 2 faizinin vergi ödədiyi bildirilir. Ölkədə iqtisadi fəaliyyətin böyük hissəsinin qeyri-formal sektor çərçivəsində həyata keçirilməsi, kənd təsərrüfatının vergidən azad olması və vergi sistemindək


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberlər valyuta mezennesi banklar şou biznes xəbərləri kriminal bugun