Konfrans Liqası: "Sabah" və "Neftçi"nin pley-offdakı potensial rəqibləri müəyyənləşdi
Azərbaycan klubları "Sabah" və "Neftçi"nin UEFA Konfrans Liqasının pley-off mərhələsində yer alacaqları səbətlər və potensial rəqibləri müəyyənləşib.
KONKRET.az xəbər verir ki, III raundda Serbiya təmsilçisi "Partizan"la qarşılaşacaq "Sabah" mərhələ adlayacağı təqdirdə, nisbətən asan rəqiblə qarşılaşa bilər.
Çünki "Partizan"ın UEFA əmsalına görə, bu cütlük avqustun 7-də keçiriləcək püşkatma zamanı səpələnmişlər sırasında qərarlaşacaq.
III təsnifat mərhələsinin "Neftçi" – "Beşiktaş" (Türkiyə) cütü isə əksinə, səpələnməmişlərdə olacaq.
Ümumilikdə püşkatmada turnirin Əsas Yolunda 17 cütlük formalaşacaq. "Ayntraxt" (Almaniya), "Lill" (Fransa), "Aston Villa" (İngiltərə), "Fiorentina" (İtaliya) və "Osasuna" (İspaniya) birbaşa bu mərhələdən yarışa qoşulacaqlar. Onlardan "Osasuna" "Sabah"ın, digərləri isə "Neftçi"nin potensial rəqibləridir.
Eyni zamanda, UEFA Avropa Liqasında III təsnifat mərhələsinin iki cütünün məğlubu da Konfrans Liqasının Əsas Yolunda mübarizəni davam etdirəcək. Onlar da "Neftçi" – "Beşiktaş" duelinin qalibinə rəqib ola bilərlər.
Püşkatma zamanı eyni ölkənin komandalarının yer aldığı cütlüklər bir-birilərinə rəqib ola bilməzlər. Həmçinin, səpələnmişlərdə qərarlaşan "Bodo/Qlimt" (Norveç) – "Pünik" (Ermənistan) cütü "Neftçi"nin potensial rəqibləri sırasında olmayacaq.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi
Səpələnmişlər:
"Ayntraxt" (Almaniya)
"Lill" (Fransa)
"Aston Villa" (İngiltərə)
"Fiorentina" (İtaliya)
"Brügge" (Belçika) – "Akureyri" (İslandiya) cütü
"Alkmaar" (Niderland) – "Santa Koloma" (Andorra) cütü
"Gent" (Belçika) – "Poqon" (Polşa) cütü
"Dinamo" (Kiyev, Ukrayna) – "Aris" (Yunanıstan) cütü
"Fənərbağça" (Türkiyə) – "Maribor" (Sloveniya) cütü
"Midtyullan" (Danimarka) – "Omoniya" (Kipr) cütü
"Partizan" (Serbiya) – "Sabah" (Azərbaycan) cütü
PAOK (Yunanıstan) – "Hayduk" (Xorvatiya) cütü
"Makkabi" (Təl-Əviv, İsrail) – AEK (Kipr) cütü
"Viktoriya" (Çexiya) – "Qzira" (Malta) cütü
"Bodo/Qlimt" (Norveç) – "Pünik" (Ermənistan) cütü
Avropa Liqasında "Slaviya" (Çexiya) – "Dnepr-1" (Ukrayna) cütünün məğlubu
Avropa Liqasında "Olimpiakos" (Yunanıstan) – "Genk" (Belçika) cütünün məğlubu
Səpələnməmişlər:
"Osasuna" (İspaniya)
"Lex" (Polşa) – "Spartak" (Slovakiya) cütü
"Rapid" (Avstriya) – "Debretsen" (Macarıstan) cütü
"Hapoel" (Beer Şeva, İsrail) – "Levski" (Bolqarıstan) cütü
APOEL (Kipr) – "Dila" Gürcüstan) cütü
"Beşiktaş" (Türkiyə) – "Neftçi" (Azərbaycan) cütü
"Tvente" (Niderland) – "Riqa" (Latviya) cütü
"Riyeka" (Xorvatiya) – "Torshavn" (Farer adaları) cütü
"Aruka" (Portuqaliya) – "Brann" (Norveç) cütü
"Styaua" (Rimıniya) – "Nordsyelland" (Danimarka) cütü
"Legiya" (Polşa) – "Austriya" (Avstriya) cütü
"Rusenborq" (Norveç) – "Harts" (Şotlandiya) cütü
"Osiyek" (Xorvatiya) – "Adana Dəmirspor" (Türkiyə) cütü
"Hibernian" (Şotlandiya) – "Lütsern" (İsveçrə) cütü
"Tobol" (Qazaxıstan) – "Derri Siti" (İrlandiya) cütü
"Sepsi" (Rumıniya) – "Aktobe" (Qazaxıstan) cütü
"Çelye" (Sloveniya) – "Neman" (Belarus) cütü
Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin oyunları avqustun 24-də və 31-də keçiriləcək.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi