"Konyaspor" Emreliyə görə cərimə ödəyəcək
Türkiyənin "Konyaspor" klubu Azərbaycan millisinin hücumçusu Mahir Emreli də daxil olmaqla, 6 futbolçusuna görə cərimə ödəyəcək.
KONKRET.az xəbər verir ki, buna səbəb həmin oyunçuların Super Liqanın XXVI turunda "Qalatasaray"a 2:1 hesabı ilə qalib gəldikləri görüşdə sarı vərəqə almaları olub.
Eyni zamanda, texniki zonada oturan bir köməkçi məşqçi də etiraza görə, qırmızı vərəqə alıb. Qaydalara əsasən, hər vərəqə konyalıları cərimə ödəməyə vadar edəcək. "Konyaspor", həmçinin, qarşılaşma zamanı meydançada yaşanan qalmaqal ucbatından da cəzalandırılacaq.
"Qalatasaray" önündə 79 dəqiqə meydanda olan Emreli 15-ci dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, Mahir Emreli "Qalatasaray"la matçda zədələndiyi üçün Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya və İsveçlə oyunlarını buraxacaq.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi