"Kraudfandinq haqqında" qanun nədir? - AÇIQLAMA

Milli Məclisin bu gün keçirilən iclasında "Kraudfandinq haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
Qanun layihəsi 7 fəsil, 23 maddədən ibarətdir, Azərbaycan Respublikasında səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsinin hüquqi, təşkilati və iqtisadi əsaslarını, kraudfandinq platforması operatorunun fəaliyyətinə dair tələbləri, habelə onların fəaliyyəti üzərində dövlət tənzimləməsi və nəzarəti məsələlərini tənzimləyir.
Bəs kraudfandinq nədir? 
İqtisadçı Elşən Bağırzadə azxeber.com-a açıqlamasında deyib ki, kraudfandinq çox sayda insandan kiçik məbləğlərlə vəsait toplayaraq hər hansı bir layihənin maliyyələşdirilməsi üsuludur:
"Kraudfandinq (crowdfunding), çox sayda insandan kiçik məbləğlərlə vəsait toplayaraq hər hansı bir layihənin, biznes ideyasının, məhsulun və ya sosial təşəbbüsün maliyyələşdirilməsi üsuludur. Başqa sözlə, bir nəfərin və ya bir bankın böyük məbləğdə maliyyə ayırması əvəzinə, yüzlərlə və ya minlərlə insan kiçik məbləğlərlə həmin layihəyə dəstək verir. Məsələn, yeni bir sahibkar innovativ məhsul istehsal etmək istəyir, lakin bank krediti ala bilmir. O, kraudfandinq platformasında layihəsini təqdim edir və insanlar layihəyə inanırlarsa, hər biri 20, 50 və ya 100 manat kimi kiçik məbləğlər yatıraraq onun maliyyələşməsinə kömək edirlər".
İqtisadçı qeyd edib ki, kraudfandinqin əsas üstünlüyü kiçik sahibkarlığın və yaradıcı layihələrin maliyyəyə çıxış imkanlarını genişləndirməkdir:
"Kraudfandinqin əsas üstünlüyü ondan ibarətdir ki, o, xüsusilə startapların, kiçik sahibkarlığın və yaradıcı layihələrin maliyyəyə çıxış imkanlarını genişləndirir. Eyni zamanda, vətəndaşlara da maraq göstərdikləri layihələrin inkişafında iştirak etmək imkanı yaradır. Əgər bu sahə qanunla tənzimlənərsə, investorların hüquqlarının qorunması, platformaların fəaliyyəti və maliyyə əməliyyatlarının şəffaflığı daha etibarlı şəkildə təmin edilə bilər. Bu isə həm sahibkarların, həm də vəsait yatıran şəxslərin risklərini azaldır. Qısa desək, kraudfandinq çox adamdan az-az vəsait toplayaraq böyük bir layihəni maliyyələşdirmək modelidir. Bu model son illərdə dünyada startapların və innovativ bizneslərin maliyyələşdirilməsində geniş istifadə olunur".
O bildirib ki, pulu yatıran şəxsin qazancı kraudfandinq modelindən asılıdır:
"Pulu yatıran şəxsin qazancı kraudfandinq modelindən asılıdır. O, layihənin məhsulunu əvvəlcədən əldə edə, maliyyələşdirdiyi şirkətdə pay sahibi ola, verdiyi borca görə faiz qazana və ya heç bir maddi gəlir gözləmədən sosial məqsədlə dəstək göstərə bilər. Yəni kraudfandinq yalnız ianə toplamaq deyil, müxtəlif maliyyələşdirmə və investisiya modellərini özündə birləşdirən müasir maliyyə alətidir".
Şahanə Ziyad

Sosial       Tarix: 07 iyul 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər

Azərbaycanda rəsmi iş yeri və stabil gəliri olan şəxslərin belə banklardan kredit ala bilməməsi vətəndaşlar arasında tez-tez narazılıq doğuran məsələlərdəndir. Bir çox hallarda insanlar maaş kartı ilə işlədiklərini və daim

Valideyn övladını mirasdan məhrum edə bilər? - QANUN NƏ DEYİR?

Azərbaycanda ailə daxilində əmlak bölgüsü və vərəsəlik məsələləri zaman-zaman mübahisələrə səbəb olur. Bəzi hallarda valideynlər müxtəlif səbəblərdən övladlarından birini mirasdan məhrum etmək, əmlaklarını isə digər övladların

Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib. xəbər verir ki, inzibati binanın açılışında ADSEA-nın sədri Zaur Mikayılov və Agentliyin rəhbər heyəti iştirak ediblər. İki mərtəbədən ibarə

Bakı-Quba yolunda yük maşını aşıb, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Hadisə yerinə FHN-in Sumqayıt Regional Mərkəzinin xilasedicilər

Yavər Şıxəliyev vəfat etdi

Tibb elmləri doktoru, professor, 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib. xəbər verir ki, bu barədə Ağciyər Xəstəlikləri Mərkəzi məlumat yayıb. Qeyd edək ki, Y.Şıxəliyev 1973-cü ild

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

Sentyabrın 15-dən etibarən Bakıda yerləşən bəzi dövlət qurumlarında yeni iş qrafiki tətbiq edilir. Bu addımın məqsədi nəqliyyat sıxlığının qiymətləndirilməsi və problemin aradan qaldırılması ilə bağlı yekun təkliflərin hazırlanmasıdır

"Lyuk"a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb

Bakıda məmurlardan birinin xanımı açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 13B ünvanınd

Teleqramda bu da mümkün olacaq

Teleqram fərdi tövsiyələri özündə əks etdirən xəbər lenti əlavə edə bilər. Messencerin macOS üçün nəzərdə tutulmuş beta versiyasının kodunda bu yeni funksionallıqla bağlı izlərə rast gəlinib. Lent iki bölməyə ayrılacaq: "Əlav

Stresə qarşı ən yaxşı vasitə açıqlandı

Sakitləşdirici fortepiano melodiyaları stresdən sonra orqanizmin bərpasına yağış, çay və şəlalə səslərindən daha tez kömək edə bilər. Bu musiqi əhvali-ruhiyyəni yaxşılaşdırır, ürək döyüntülərinin tezliyini və tərləməni azaldır


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən görüntüleri sonxəbərlər xeberler bugun sonxeberler