Kredit borcu evinizi əlinizdən ala bilər?

Kredit borcu evinizi əlinizdən ala bilər?Son illərdə kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən şəxslərin əmlakını itirməsi ilə bağlı hallar daha çox müzakirə olunur. Bank və maliyyə institutlarının tələblərinin sərtləşməsi, həmçinin borclanma səviyyəsinin artması bu tendensiyanı gündəmə gətirir. Bəzi ekspertlər bu vəziyyəti iqtisadi təzyiqlərlə, digərləri isə maliyyə savadlılığının aşağı olması ilə izah edir.
azxeber.com xəbər verir ki, mövzu ilə bağlı bank məsələləri üzrə mütəxəssis Nahid Rəfail Demokrat.az-a bildirib ki, son dövrlər kredit borclarının ödənilməsi ilə bağlı problemlər yaşayan insanların sayında müəyyən artım müşahidə oluna bilər:
"Bunun səbəbləri arasında ailə gəlirlərinin azalması, gözlənilməz xərclərin artması, iş yerinin dəyişməsi və ya iqtisadi vəziyyətin insanların büdcəsinə təsiri kimi amillər yer alır. Belə hallarda bəzi borcalanlar kredit ödənişlərini vaxtında həyata keçirməkdə çətinlik çəkirlər. Ancaq kredit borcuna görə əmlakın itirilməsi adətən uzun prosesin nəticəsi olur. Banklar üçün də girov əmlakın satışa çıxarılması ən arzuolunan variant deyil. Çünki bu proses həm vaxt aparır, həm də əlavə hüquqi prosedurlar tələb edir. Buna görə də banklar ilk növbədə müştəri ilə razılığa gəlməyə çalışırlar. Məsələn, aylıq ödəniş məbləğinin azaldılması, kredit müddətinin uzadılması və ya yeni ödəniş qrafikinin hazırlanması kimi variantlar təklif oluna bilər".
Ekspert deyib ki, əmlakın itirilməsi riski daha çox uzun müddət ödəniş etməyən və bankla əlaqə saxlamayan şəxslərdə yaranır:
"Bəzi insanlar maliyyə çətinliyi ilə üzləşdikdə problemi gizlətməyə və ya gecikdirməyə çalışırlar. Halbuki ən düzgün addım vəziyyəti vaxtında banka bildirmək və çıxış yolu axtarmaqdır.
Ümumiyyətlə, kredit götürərkən aylıq ödənişlərin ailə büdcəsinə uyğun hesablanması, ehtiyat vəsaitin formalaşdırılması və maliyyə öhdəliklərinin düzgün planlaşdırılması gələcəkdə belə risklərin qarşısını almağa kömək edir. Vaxtında atılan addımlar bir çox hallarda həm kredit tarixçəsinin qorunmasına, həm də əmlakın itirilməsi riskinin azalmasına imkan verir", – deyə o qeyd edib.

Sosial       Tarix: 06 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər

Azərbaycanda rəsmi iş yeri və stabil gəliri olan şəxslərin belə banklardan kredit ala bilməməsi vətəndaşlar arasında tez-tez narazılıq doğuran məsələlərdəndir. Bir çox hallarda insanlar maaş kartı ilə işlədiklərini və daim

Avtobusu sürməkdən imtina edən tiktoker sürücü - İşdən qovuldu

Bakıda 5 nömrəli marşrut avtobusunun sürücüsünün sərnişinlərdən biri ilə mübahisədən sonra nəqliyyat vasitəsini sürməkdən imtina etməsi narazılığa səbəb olub. -a istinadən xəbər verir ki, sərnişinlərin sözlərinə görə, sürüc

Yeni prokuror tanınmış hakimin oğludur

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmi

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

Sentyabrın 15-dən etibarən Bakıda yerləşən bəzi dövlət qurumlarında yeni iş qrafiki tətbiq edilir. Bu addımın məqsədi nəqliyyat sıxlığının qiymətləndirilməsi və problemin aradan qaldırılması ilə bağlı yekun təkliflərin hazırlanmasıdır

Azərbaycanda quş əti və yumurta istehsalı artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın quşçuluq müəssisələrində diri çəkidə 73,6 min ton quş əti və 911 milyon ədəd yumurta istehsal olunub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. 

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Bu barədə -a İdarədən məlumat verilib. Qeyd edilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabrın 19-da Bakı v

Banklar köhnə dollarları niyə qəbul etmir? – İqtisadçı səbəbi açıqladı

ABŞ dolları Azərbaycanda ən çox istifadə edilən xarici valyutalardan biridir. Son vaxtlar isə bəzi bankların köhnə seriyadan olan və ya cüzi zədələnmiş dollar əskinaslarını qəbul etməməsi vətəndaşların narazılığına yol açıb

ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb

Azərbaycan Beynəlxalq Bankının ("ABB") sistemində yaranan texniki nasazlıq müştərilər arasında narazılığa səbəb olub. Sosial şəbəkələrdə paylaşım edən vətəndaşlar başqa banklardan "ABB" kartlarına göndərilə

Azərbaycanın 9 ayda Ermənistana ixracının dəyəri

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Ermənistana 23 milyon 450.07 min ABŞ dolları dəyərində məhsul ixrac edilib. KONKRET.azxəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, bu göstəric


azerbaycan xeberleri yeni xeberler son xeberler dunyada son xeberler sonxəbər krminal bu gun