Kremldən İrəvana CAVAB: "Buna mütləq Bakının RAZIILIĞI OLMALIDIR"
Kreml Paşinyanın Qarabağa beynəlxalq sülhməramlılar göndərmək çağırışına cavab verib.
KONKRET.az xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Nikol Paşinyanın Qarabağa beynəlxalq sülhməramlılar göndərmək çağırışına münasibət bildirib.
"Beynəlxalq sülhməramlılar o zaman cəlb oluna bilər ki, münaqişənin hər iki tərəfinin razılığı olar və bu, təkcə Ermənistan deyil, həm də Azərbaycandır. Bilirsiniz ki, Ermənistan bizim ən yaxın müttəfiqlərimizdən biridir, Azərbaycan isə bizim çox dəyərli və əziz tərəfdaşımızdır", – deyə Peskov bildirib.
O deyib ki, Rusiya Federasiyası vasitəçilik səylərini davam etdirir və davam etdirmək niyyətindədir. İlk növbədə, üçtərəfli əsasda əldə edilmiş razılaşmaları yerinə yetirir.
"Srağagün Sankt-Peterburqda Putinlə Paşinyan arasında Laçın dəhlizi mövzusu çox ətraflı müzakirə olunub. Bu mövzuda müzakirələr davam etdiriləcək.
Biz Laçın dəhlizi ətrafında yaranmış gərginlikdən narahatıq. Rusiya tərəfi həm İrəvanla, həm də Bakı ilə təmasda öz işini və səylərini davam etdirəcək", – deyə Peskov vurğulayıb.
Xuraman Etibarlı,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi