Krunoslav Renduliç: Oyunçularımı təbrik edirəm, qəhrəmancasına döyüşdülər
Oyunçularımı təbrik edirəm, qəhrəmancasına döyüşdülər.
KONKRET.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Makkabi" ilə (Hayfa, İsrail) cavab matçı sonrası mətbuat konfransında deyib.
Təcrübəli çalışdırıcı rəqib komandanın "Sabah"dan daha yaxşı çıxış etdiyini söyləyib:
"Etiraf etmək lazımdırsa, "Makkabi" daha yaxşı çıxış edən tərəf oldu. Güclü rəqibi bir görüşdə məğlub edə bilərsən. Cavab matçında bu çətin alınır. Futbolçularımız layiqli mübarizə apardılar. Oyunçularımı təbrik edirəm, qəhrəmancasına döyüşdülər".
Qeyd edək ki, Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Sabah" doğma meydanda "Makkabi"yə 3:6 hesabı ilə uduzub. İlk görüşdə Bakı komandası 3:0 hesabı ilə qələbə qazandığı üçün növbəti tura yüksələn komandanın adı penaltilər seriyasında bəlli olub. Burada daha dəqiq oynayan "bayquşlar" (3:2, pen) III təsnifat mərhələsinə adlayıb.

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
Masazırda ağır qəza: ölən var
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?
Prezident qızları bir arada - Foto
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Uitkoff Sankt-Peterburqa gəldi
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi