Küçə heyvanlarını yemləyən şəxs niyə cərimələnib? - DİN-dən açıqlama
Daxili İşlər Nazirliyi (DİN) kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Sumqayıt şəhər sakini olan qadının küçə heyvanlarını yemlədiyi üçün barəsində protokol tərtib olunması ilə bağlı yayılan iddialara münasibət bildirib.
Bununla bağlı DİN Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev azxeber.com-a bildirib ki, Sumqayıt şəhər sakini 75 yaşlı Solmaz Hacıyeva çoxmənzilli binanın evinin qarşısında müvafiq qurumlar tərəfindən keçirilən dezinfeksiya işlərinə maneə törətdiyinə görə polis əməkdaşları onunla dəfələrlə profilaktiki söhbətlər aparıb.
Bundan başqa S.Hacıyeva qonşuların etirazına baxmayaraq həmin ərazidə küçə heyvanlarına yem verərkən antisanitar şəraitin yaranmasına səbəb olub. Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə qonşular tərəfindən edilən çoxsaylı müraciətlər əsasında Solmaz Hacıyeva barəsində İXM-nin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulduğuna görə) protokol tərtib olunub və sakinlərin istəyinə uyğun şəkildə ərazidə antisanitar vəziyyət aradan qaldırılıb.
Turlar.az [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var