Küçədə halı pisləşən vətəndaşa çağırılan təcili yardım gəlməyib? - AÇIQLAMA

Küçədə halı pisləşən vətəndaşa çağırılan təcili yardım gəlməyib? - AÇIQLAMABakıda küçədə vəziyyəti pisləşən şəxsə təcili tibbi yardımın kömək etmədiyi iddia olunur.
Bu barədə bloqer Ülviyyə Əsədli özünün sosial hesabında paylaşım edib. Bloqer iddia edir ki, paytaxtın Rəşid Behbudov küçəsində epilepsiya xəstəsi olan bir nəfərin vəziyyətinin pis olduğunu görüb, təcili yardıma zəng edib:
"Bir saatdır, təcili tibbi yardımın "103" Çağrı Mərkəzinə zəng edirəm. Yolun ortasında epilepsiya keçirən adam var, ona təcili yardım briqadası göndərilməsini deyirəm. Buraya bir adam göndərmədilər. İnsan qalıb burada küçədə, heç kim ona kömək etmir, təcili yardım da gəlmir. İnsanlar yanından keçib gedir, kömək eləmirlər. Bayaqdan telefonla danışıram, yüz dəfə izah edirəm, deyirlər ki, "Kimdir, nəçidir? Şəxsiyyət vəsiqəsi var?" və s.".
Məsələ ilə bağlı Respublika Təcili Yardım Stansiyasına sorğu ünvanladıq. Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, iddia edilən çağırışla bağlı araşdırma aparılıb:
"Sözügedən çağırışla bağlı "103" Çağrı Mərkəzinə vətəndaş tərəfindən heç bir müraciət daxil olmayıb. Bütün daxil olan zənglər araşdırılıb. Gün ərzində "112" qaynar xəttindən bir küçə çağırışı ilə bağlı müraciət daxil olub, xəstə ilə və ya xəstə üçün zəng edən şəxslə bağlı heç bir əlaqə nömrəsi təqdim edilməyib. Məlumat R.Behbudov küçəsində gül mağazasının qarşısı (təxminən "Medical Plaza"nın yaxınlığı deyilib) kimi bildirilib, bir nəfərin halının pisləşdiyi deyilib. Zəng daxil olub 08:47-də, briqada isə əraziyə 08:52-də yollanıb. Həkim qeyd edilən təxmini ünvanda heç kimi aşkarlamayıb. Buna baxmayaraq, Neftçilər prospektinin Bakıxanov küçəsinə qədər bütün küçəboyu gül mağazalarının qarşısı axtarılıb, lakin daxil olan müraciətdəki vətəndaşı tapmaq mümkün olmayıb.
20 dəqiqə ərzində təcili tibbi yardım briqadası şəxsi axtarıb, tapa bilmədiyi üçün həkim stansiyaya müraciət edib və daha sonra briqada stansiyaya geri çağırılıb".
Məlumatda o da qeyd edilib ki, küçə çağırışlarında Təcili Tibbi Yardım Stansiyasının operatorları şəxslərdən şəxsiyyət vəsiqəsi tələb etmirlər. Eyni zamanda vətəndaşın nömrəsinin əngəlləndiyinə dair iddialara da münasibət bildirilib:
"Bu istiqamətdə irəli sürülən iddialar əsassızdır. Təcili Tibbi Yardım Stansiyasının "103" Çağrı Mərkəzində telefon nömrəsinin əngəllənməsi ilə bağlı heç bir funksiya yoxdur".

Sosial       Tarix: 04 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeberler en son xeberler bu gun metbuat xəbərlər