Küçədə qonşusunu bıçaqlayan sürücüyə hökm oxundu

Küçədə qonşusunu bıçaqlayan sürücüyə hökm oxunduNərimanov Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən İlqar Tağıyevin (soyadı, şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.azpravdaaz-a istinadən xəbər verir ki, hakim Xalidə Əlisoyun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv olunub.
İttihama əsasən, İlqar Tağıyev 2026-cı il tarixdə saat 17 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən "Boya Dünyası" mağazasının arxa hissəsində zərərçəkmiş Elvin Məlikzadə (soyadı şərtidir) ilə mübahisə edib. Mübahisə zamanı İlqar heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud şəkildə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verib.
Belə ki, o, idarə etdiyi "Qazel 3302" markalı avtomobildən düşərkən özü ilə götürdüyü bıçaqdan silah qismində istifadə edib. Təqsirləndirilən şəxs Elvinin sağ çiyin nahiyəsinə iki dəfə zərbə endirib. Nəticədə zərərçəkmiş şəxsin döş qəfəsinin sağ yarısının ön səthinin körpücüküstü və körpücükaltı nahiyələrində iki ədəd deşilmiş-kəsilmiş yara əmələ gəlib.
Ekspertiza nəticəsinə əsasən, həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər kimi qiymətləndirilib.
Məhkəmə iclasında İlqar Tağıyev ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Onun sözlərinə görə, avtomobilini saxlamaq üçün gedərkən maşının yan güzgüsünə nəyinsə dəydiyini hiss edib. Bundan sonra maşından düşərək nə baş verdiyini yoxlamaq istəyib. Bu zaman uzun illərdir qonşusu olduğunu bildirdiyi zərərçəkmiş Elvini görüb.
Təqsirləndirilən şəxs iddia edib ki, avtomobildən düşən kimi Elvin ona qarşı nalayiq və təhqiredici ifadələr işlədib. Bundan sonra onların arasında mübahisə yaranıb və dava başlayıb. Hadisə yaşadıqları ərazidə baş verdiyindən ətrafdakı şəxslər onları ayırıblar. İlqar da məsələnin böyüməməsi üçün avtomobilinə minərək hadisə yerindən uzaqlaşdığını söyləyib.
Lakin bir müddət sonra avtomobilini adətən saxladığı, taksilərin də istifadə etdiyi ərazidə saxlayaraq maşından düşərkən zərərçəkmiş şəxsin yenidən onun yanına gəldiyini görüb.
Təqsirləndirilən şəxs bildirib ki, Elvin yenidən onu təhqir etməyə və vurmağa başlayıb. O, hadisə zamanı istifadə etdiyi bıçağın məişət təyinatlı olduğunu və adətən avtomobilində saxladığını deyib.
İlqarın ifadəsinə əsasən, Elvinin təhqirlərinə dözməyərək bıçağı çıxarıb, lakin məqsədi onu bıçaqlamaq yox, qorxutmaq olub. Əlbəyaxa dava zamanı bıçaq zərərçəkmiş şəxsin qoluna dəyib.
Hadisədən sonra Elvin xəstəxanaya aparılıb, təqsirləndirilən şəxs isə daha sonra polis şöbəsinə gedib.

Hadisə       Tarix: 26 avqust 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

14 yaşlı qız dəm qazından boğuldu - FOTO

Zaqatalada yeniyetmə dəm qazından boğulub. xəbər verir ki, hadisə Zaqatala şəhərində qeydə alınıb. Şəhər sakini, 14 yaşlı Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır

"Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR

Paytaxtın Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası baş

Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov ölüb. "Trend"ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib

Ödənişli yolda yük maşını aşdı - Ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda yol-nəqliyyat qəzasının baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb. KONKRET.azxəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Sumqayı

Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermi

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU

Bakıda yeniyetmə oğlan bıçaqlanıb. KONKRET.azxəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil

Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var

Biləsuvarda ağır yol qəzası olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayon sakini, 1986-c

SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edə

Kişi arvadını və 3 yaşlı uşağını bıçaqladı

Lənkəran şəhərində kişi həyat yoldaşına və azyaşlı oğluna bıçaqla xəsarət yetirib. KONKRET.azTeleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsində, "Müəllimlər Binası" kimi tanınan yaşayı


azerbaycan xeberleri son xeberler yeni xeberler cebheden xeberler xəbərlər.com cəbhədən son xəbərlər 2026 xeberler bugun