Kürdəmirdə baş verən ağır qəzanın təfərrüatı - FOTOLAR
Kürdəmirin Atakişili kəndində baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
azxeber.com "Report"a istinadən xəbər verir ki, "Toyota Prius"un sürücüsü və sərnişinləri bu gün 15 İyun Milli Qurtuluş günü münasibətilə Mingəçevir şəhərində baş tutacaq konsert proqramına səhnə konstruksiyalarını quraşdırmaq üçün gedirlərmiş. Hadisə səhər saat 5 radələrində baş verib.
Qeyd edək ki, Bakı şəhər sakini, 24 yaşlı Ruslan Əli oğlu Xasıyanovun idarə etdiyi "Toyota Prius" markalı avtomobil Gəncə istiqamətində hərəkətdə olarkən yol kənarında dayanmış, Bərdə rayon sakini 26 yaşlı Salman Lətif oğlu Allahverdiyevə məxsus "Mercedes" markalı yük maşınına çırpılıb. Nəticədə "Toyota Prius"un sərnişini, 23 yaşlı Elnur Cavanşir oğlu Mənsimov hadisə yerindəcə dünyasını dəyişib.
Qəza zamanı habelə sürücü və digər sərnişinlər - Bakı şəhər sakinləri, 32 yaşlı Vahid Hüseynağa oğlu Qasımov və 1991-ci il təvəllüdlü İslam Rövşən oğlu Səmədov, eləcə də "Mercedes"in sürücüsü S.Allahverdiyev ağır xəsarətlər alıblar.
Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
***08:30
Kürdəmirin Atakişili kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alanlar var.
azxeber.com "Report"a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 24 yaşlı Ruslan Əli oğlu Xasıyanovun idarə etdiyi "Toyota Prius" markalı avtomobil Gəncə istiqamətində hərəkətdə olarkən yol kənarında dayanmış, Bərdə rayon sakini 26 yaşlı Salman Lətif oğlu Allahverdiyevə məxsus "Mercedes" markalı yük maşınına çırpılıb. Nəticədə "Toyota Prius"da olan sərnişin, 23 yaşlı Elnur Cavanşir oğlu Mənsimov hadisə yerindəcə dünyasını dəyişib.
Qəza zamanı habelə sürücü və digər sərnişinlər - Bakı şəhər sakinləri 32 yaşlı Vahid Hüseynağa oğlu Qasımov və 1991-ci il təvəllüdlü İslam Rövşən oğlu Səmədov, eləcə də "Mercedes" in sürücüsü S.Allahverdiyev ağır xəsarətlər alıblar.





Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır