Küvəzdə qalan körpələr 'dahi' olmur - Həkim həqiqəti açıqladı
Küvəzdə qalan uşaqların gələcəkdə dahi olması və ya cinsi problemlər yaşaması ilə bağlı cəmiyyətdə müxtəlif iddialar mövcuddur. Tibb mütəxəssisləri inkubator mühitinin gələcək zehni qabiliyyətlərə və ya bioloji reproduktiv funksiyalara birbaşa təsir göstərmədiyini bildirirlər. Elmi araşdırmalar bu uşaqların yetkinlik dövründəki bəzi davranış fərqliliklərini bioloji faktorlarla deyil, tamamilə sosial-psixoloji amillərlə əlaqələndirir.
Məsələ ilə bağlı pediatr Elşən Tağıyev Demokrat.az-a bildirib ki, "küvəzdə qalan uşaqlar dahidir, amma gələcəkdə şəxsi və cinsi həyatlarında problemlər yaşayırlar" fikri cəmiyyətdə geniş yayılan, lakin elmi əsaslarla tam təsdiqlənməyən bir yanaşmadır:
"Əslində "küvəzdə qalmaq" uşağın vaxtından əvvəl doğulması və ya doğuşdan sonra xüsusi tibbi dəstəyə ehtiyac duyması deməkdir. Bu vəziyyət avtomatik olaraq nə üstün intellekt, nə də gələcəkdə mütləq problemlər demək deyil. Elmi araşdırmalar göstərir ki, xüsusilə çox erkən doğulan uşaqlarda bəzi inkişaf riskləri bir qədər yüksək ola bilər. Bunlara diqqət dağınıqlığı, öyrənmə çətinlikləri və motor inkişafda gecikmə kimi hallar daxildir. Lakin bu, bütün prematur uşaqlara şamil edilmir və onların böyük bir qismi normal, sağlam və uğurlu inkişaf edir. "Dahi olurlar" kimi fikirlər daha çox seçilmiş və diqqət çəkən fərdi nümunələrdən formalaşır".
O deyib ki, cəmiyyət adətən uğurlu nəticələri daha çox yadda saxlayır, digər halları isə nəzərə almır:
"Gələcək sosial və şəxsi münasibətlər barədə iddialara gəldikdə isə, bəzi tədqiqatlarda prematur doğulan şəxslərdə sosial adaptasiyanın müəyyən hallarda daha gec formalaşa biləcəyi qeyd olunur. Amma bu, ciddi cinsi və ya reproduktiv problemlər demək deyil və ümumi bir qayda kimi qəbul edilmir. Bu fərqlərin formalaşmasında əsas rol oynayan amillər uşağın doğum həftəsi, çəkisi, nevroloji vəziyyəti, ailə dəstəyi və erkən müdaxilə proqramlarıdır. Ümumilikdə isə bu mövzuya "hamısı belədir" və ya "mütləq belə olacaq" kimi yanaşmaq elmi baxımdan doğru deyil. Hər uşağın inkişafı fərdi xüsusiyyətlər daşıyır və nəticələr də bu fərdilikdən asılı olaraq dəyişir". / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?