Lavrov: Qərbə güvənsək, xalqımız bizi bağışlamaz
"Kollektiv Qərbə bizim artıq güvənməyə haqqımız yoxdur, bunu bizə tarix və xalqımız bağışlamaz".
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
O, dünyada çoxqütblülüyün aradan qalxdığını bildirib.
"ABŞ və onunla həmfikir olan bəzi ölkələr də bu siyasi kursun təhlükəli olmasından xəbərdardır. Həmin qüvvələr bizim bu kiçik planetimizdə mehriban qonşuluq münasibətlərinin qorunması, çiyin-çiyinə yaşamaq siyasətinin alternativinin olmadığını anlamalıdır", - Lavrov qeyd edib.
O, ABŞ-ın minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrə hücum etdiyini xatırladıb.
"ABŞ qəfildən elə hesab etdi ki, Yuqoslaviya, İraq, Liviya təhlükə mənbəyidir. Hazırda adını çəkdiyim ölkələrin aqibəti göz önündədir və ABŞ tərəfindən həyata keçirilmiş hərbi əməliyyatların faciəvi nəticəsini görürük. Buna görə də biz kollektiv Qərbə güvənməli deyilik, buna ixtiyarımız yoxdur. Biz ilk növbədə siyasi cəhətdən vacib olan sahələri və texnologiyaları inkişaf etdirməliyik, elə etməliyik ki, bu cəhətdən heç kimdən asılı olmayaq", - Rusiya XİN rəhbəri əlavə edib.
Lavrov Ukraynadakı hərbi əməliyyatlar fonunda tətbiq olunan sanksiyaların Rusiyanın bəzi sahələrində çatışmazlıqları göstərdiyini diqqətə çatdırıb.
Apa / azxeber.com
Turlar.az [newsid: 0-123300]

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO