Leandro Andrade gedir? - "Qarabağ" transfer üçün çox pul istəyir, Çin klubu isə
Çinin Superliqa təmsilçisi "Şanxay Şenxua" klubu Leandro Andradeyə görə "Qarabağ"la danışıqları davam etdirir.
KONKRET.azxəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə qış transfer pəncərəsi dövründə danışıqlar daha da intensivləşib. Lakin bu transferin Çin təmsilçisinin istədiyi kimi yekunlaşacağını söyləmək olmaz.
Danışıqları düyünə salan əsas məqam təzminatla bağlıdır. Müqavilə ilə 2025-ci ilin yayına qədər "Qarabağ"a məxsus olan Kabo-Verdeli futbolçuya görə Ağdam klubu Çin təmsilçisinin təklif etdiyindən daha artıq istəyib.
Bundan başqa, məşqçi heyəti Leandronun gedəcəyi halda onun oynadığı mövqedə boşluqlar yarana biləcəyindən də ehtiyat edir.
Əldə etdiyimiz xəbərə görə, bu gün üçün Leandro Andradenin qışda "Qarabağ"da qalmaq ehtimalı daha yüksəkdir, nəinki onun getməsi. Lakin danışıqların gedişatından asılı olaraq vəziyyət dəyişə də bilər.
Xatırladaq ki, Leandro Andrade 2020-ci ilin yayından "Qarabağ"da oynayır. O, bu mövsüm "Qarabağ"la bütün turnirlərdə 33 oyunda meydana çıxıb, 10 qol vurub, 9 qolun isə ötürməsini verib.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi