"Legiya" 18 yaşlı azərbaycanlı ilə müqavilə bağladı - VİDEO
Polşanın "Legiya" klubu 18 yaşlı Ramil Mustafayevlə 30 iyun 2025-ci ilə qədər müqavilə imzalayıb.
KONKRET.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, perspektivli futbolçu bu həftə əsas komanda ilə məşqlərə başlayacaq. O komandada 32 nömrə ilə çıxış edəcək.
Ramil Mustafayev 2019-cu ildən Polşanın ikinci divizionda mübarizə aparan "Stal" klubunda çıxış edir. Gənc futbolçu bu mövsüm 13 oyunda üç qol vurub və bir məhsuldar ötürmə edib.
"Ramil Mustafayev istedadlı və perspektivli futbolçudur, inkişafını davam etdirəcək. Cəmi 18 yaşı olmasına baxmayaraq, onun artıq böyüklərdə oynamaq təcrübəsi var", – "Legiya"nın idman direktoru Yazek Zelinski deyib.
"Legiya"ya transferi ilə bağlı danışan Ramil bildirib ki, burada oynamaq onun uşaqlıq arzusu olub:
"Mən Rusiyada anadan olmuşam, amma valideynlərim Polşaya köçüblər və mən 10 il Varşavada yaşamışam. "Legiya"nın oyunlarına gedirdim, tribunadan ona azarkeşlik edirdim".
Qeyd edək ki, bir müddət əvvəl Ramil Mustafayev futbol üzrə Azərbaycan yığmasına dəvət alıb.



Hikmət Hacıyevdən Turala diplomatiya və media dərsi - Hacıbəy Heydərli yazır
Salyandakı qəzada ölənlərin FOTOLARI
"Bu səfərlərin çox böyük siyasi mənası var
Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat aldı
Rusiyanın Zaporojye AES-lə bağlı planları belə pozuldu
ABŞ İrana qarşı zərbə dalğasının başa çatdığını açıqladı
Gürcüstanda 3,3 maqnitudalı zəlzələ oldu
Bir və "UnionPay" tərəfdaşlığı ilə Azərbaycanda beynəlxalq ödəniş imkanları genişlənir
Bakıda oteldən 10 min manatlıq oğurluq edən şəxs saxlanıldı
"Euronews" İlham Əliyevin Almaniyaya səfərindən yazdı
Neft bahalaşacaq
ÇL: "Sabah" "KuPS"a qarşı
Keçmiş müdafiə naziri Fedorovun prezidentlik iddiaları - ŞOK DETALLAR bilindi
Trampdan İrandan olan hücumla bağlı sərt açıqlama
Nigar Fərhad haradadır?