Lənkəranda "Gənclərin Peşə Bələdçisi" düşərgəsi keçirilir - FOTO
"İRƏLİ" İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin tərəfdaşlığı ilə "Gənclərin Peşə Bələdçisi" layihəsi çərçivəsində düşərgə mərhələsinə start verilib.
Birliyin mətbuat xidmətindən azxeber.com-a verilən məlumata görə layihə gəncləri effektiv şəkildə peşə təhsilinə cəlb etmək, onların motivasiyasını artırmaq, bacarıqları və əmək bazarı ehtiyacları arasında körpü yaratmaq üçün "gənclərin peşə bələdçilərini" formalaşdırmağı hədəfləyir.
Lənkəranda keçirilən düşərgədə Respublikanın 16 müxtəlif regionundan 25 multiplayer iştirak edir. 4 günlük düşərgə çərçivəsində iştirakçılar üçün bir sıra praktiki və nəzəri təlimlər keçirilir. Təlimlərdə multiplayerlərə əmək bazarının tələbləri, peşə seçiminin əhəmiyyəti, karyera planlaşdırılması və müasir peşə imkanları barədə ətraflı məlumatlar təqdim olunur.
Layihənin innovativ sessiyalarından biri olan "Peşə kitabxanası" metodu vasitəsilə şagird və valideynlərin peşə sahibləri ilə birbaşa görüşləri təşkil olunacaq. Bu görüşlər zamanı iştirakçılar real təcrübələr əsasında peşələr haqqında daha dolğun və obyektiv təsəvvür formalaşdıra biləcəklər. Eyni zamanda, iştirakçılara regionda fəaliyyət göstərən peşə müəssisələrinə təhsil səfərləri edərək, praktiki mühitlə yerində tanış olacaqlar.
Qeyd edək ki, layihə mərhələli şəkildə həyata keçirilir və düşərgədən əvvəl iştirakçılar üçün mütəxəssislər tərəfindən multiplayerlər üçün "Əmək bazarının analizi, gələcəyin peşə və bacarqıları", "Peşə təhsili iqtisadiyyatı və sənaye müəssisələrində peşə işçiləri", "Peşə bələdçisi üçün ünsiyyət bacarığı" mövzularında onlayn təlimlər baş tutub.
Təlimlər proqramı başa çatdıqdan sonra iştirakçılar paytaxt və bölgələrə göndəriləcək və burada təhsilini davam etdirə bilməyən qızlarla, məktəblilərlə və digər gənclərlə, eyni zamanda valideynlərlə birbaşa görüşlər keçirəcəklər. Bu görüşlərdə ilkin məlumat sessiyaları ilə yanaşı, fərdi diaqnostika, bacarıq kəşfi və peşə yönləndirmə sessiyaları təşkil ediləcəkdir.
Layihənin davamlılıq hissəsində, iştirakçılar bölgələrdəki gənclərlə qurulan əlaqələr vasitəsilə peşə təhsilinin əhəmiyyəti barədə məlumatlandırma prosesini davam etdirəcək, bəzən onlayn sessiyalar keçirərək dəstəyi davam etdirəcəklər.
Nəhayət, layihəyə cəlb olunmuş tərəfdaşların vasitəsi ilə maarifləndirmə prosesinin uzun müddət davam etməsi, eləcə də peşə təhsili marağında olan gənclərin dəstəklənməsi davam edəcəkdir.






Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var