Lirənin çökdüyü vaxtda Türkiyəni sevindirən xəbər: 100 milyardlıq anlaşma

Lirənin çökdüyü vaxtda Türkiyəni sevindirən xəbər: 100 milyardlıq anlaşmaBirləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhd şahzadəsi Məhəmməd ibn-Zahid ən-Nahyan prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün bu gün Türkiyəyə gələcək.
Türkiyə ilə BƏƏ arasında illərlə davam edən gərginlikdən sonra əlaqələri bərpa etmək üçün yeni fürsətin yarandığı deyilir. 
Belə ki, Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd ibn-Zahid ən-Nahyanın prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə rəsmi səfəri gözlənilir. İngiltərə mətbuatı Nahyanın Türkiyəyə 100 milyard dollar sərmayə yatıracağını yazır.
Bu səfərdən əvvəl BƏƏ-nin iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marri Dubayda keçirilən Türkiyə-Birləşmiş Ərəb Əmirlikləri Qarışıq İqtisadi Komissiyasının iclasından sonra Türkiyənin ticarət naziri Mehmet Muş ilə ikitərəfli görüş keçirmişdi. BƏƏ ilə Türkiyə arasında iqtisadi əlaqələrin güclənməyə davam etdiyini deyən Mari, bunun müxtəlif sektorlarda, xüsusilə ticarət və investisiya sahələrində yeni tərəfdaşlıqlar yaratmaq üçün böyük imkanlar yaratdığına diqqət çəkmişdi.
Həmçinin BƏƏ-nin xarici ticarət naziri Sani əz-Zuyudi və nazir Muşun iştirakı ilə keçirilən Türkiyə-BƏƏ Birgə İqtisadi Komissiyasının iclasında iki ölkə arasında qeyri-neft ticarətinin şaxələndirilməsinə və ticarət həcminin artırılmasına yönəlmiş iş planı ilə bağlı razılıq əldə olunmuşdu.
BƏƏ-nin Xarici Ticarət üzrə Dövlət Naziri Zuyudi, iki ölkənin strateji mövqeyinə diqqət çəkərək, Türkiyə məhsullarının Yaxın Şərq, Asiya və Afrika ölkələrinə çatdırılmasında BƏƏ-nin körpü rolunu oynayacağı kimi, BƏƏ məhsullarının da Avropa və bəzi Asiya ölkələrinə çatdırılması yönündə Türkiyənin əhəmiyyətli bazar olduğuna işarə etmişdi. Zuyudi ölkəsindəki iqtisadi inkişaflara və layihələrə diqqət çəkərək türk şirkətlərini bu inkişaflardan faydalanmağa çağırmışdı.
///Ölkə.Az

İqtisadiyyat       Tarix: 24 noyabr 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus

Birbank Taksit kartı sahibləri noyabr ayında alış-verişlərindən əlavə 5% bonus qazana biləcəklər. Belə ki, 1–30 noyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 30 AZN və daha çox məbləğd

AccessBank tender elan etdi

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Trellix DLP üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçü

Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Şəkidə "Qəhrəmanlar Bağı" layihəsi həyata keçirilib

Qırmızı Ürəklər Fondu 2021-ci ildən etibarən I və II Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə ölkənin bir sıra şəhər və rayonlarında ağacəkmə aksiyaları həyat

ADA Universiteti və 'Bank of Baku'nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı - FOTOLAR

ADA Universiteti və "Bank of Baku"nun uğurlu tərəfdaşlığı davam etdirilir. Tərəflər arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində ADA Universitetinin İxtisasartırma proqramı tərəfindən təşkil edilən "Mini-MBA"

Müasir bankçılıq gündəlik həyatı necə asanlaşdırır?

Gündəlik həyatda maliyyə əməliyyatlarının sürətli və rahat olması artıq hər zamankından daha vacibdir. İnsanlar alış-veriş edərkən, ödənişlərini planlaşdırarkən, pul köçürərkən və şəxsi büdcələrinə nəzarət edərkən daha prakti

Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşilli

Gələn il bu müavinətlər artırılacaq

2027-ci ildə uşağın doğulmasına görə birdəfəlik və 3 yaşınadək uşaqlara qulluğa görə aylıq sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə

"İrşad"da Zəfər Gününə özəl "Şad Günlər" kampaniyası başlayır

"İrşad" 8 Noyabr – Zəfər Günü münasibətilə "Şad Günlər" kampaniyasına start verir. Yalnız 4 gün, 7–10 noyabr tarixlərində "İrşad" mağazalarında və onlayn platformalarda bütün məhsulların endiriml


son xeberler azerbaycan xeberleri yeni xeberler hava durumu en son xeberler bu gun cəbhədən ən son xəbərlər valyuta mezenesi