Livandan Ermənistana - Fransa dünya üçün təhlükədir

Livandan Ermənistana - Fransa dünya üçün təhlükədirİsrail mətbuatı tez-tez Fransanın Yaxın Şərq siyasətinə dair təhlillər aparır.
Belə yazılardan birini KONKRET.az oxucularının diqqətinə çatdırırıq. Yazının müəllifi Yaxın Şərq Həqiqəti Fondunun  əməkdaşı Jozef Epşteyndir.
"Son vaxtlar Fransa prezidenti Emmanuel Makron sanki Yəməndə yenidən seçilməyə çalışırmış kimi davranır.  Bu ayın əvvəlində o, senator Bernie Sanders və britaniyalı Ceremi Korbin də daxil olmaqla solçu siyasətçilərə qoşularaq yəhudi dövlətinə silah embarqosu tətbiq etməyə çağırıb. Makron həmçinin deyib ki, İsrail BMT tərəfindən yaradılıb və buna görə də BMT qərarlarına hörmət etməlidir. Fransa həmçinin İsrail firmalarına gələn ay Parisdə keçiriləcək silah sərgisində öz məhsullarını nümayiş etdirməyi qadağan edib.  İroniya göz qabağındadır. Makronun İsrailə silah embarqosu çağırışından təxminən bir həftə sonra "France24" İranın səkkiz şəhərində Fransa sursatından necə istifadə edildiyinə dair araşdırma dərc edib. Birmanın insan haqları təşkilatı "Justice for"avqust ayında Fransa istehsalı olan təyyarələrin Myanmada cinayət törətməsini  təsdiqləyib.
Makronun İsrailin BMT-nin qərarı ilə yaradıldığını iddia etməsi təbii ki, həqiqətə uyğun deyil. Ölkə 1948-ci ildə yeddi ərəb ordusunu məğlub edərək müstəqillik əldə edib. Makron belə səthi arqument irəli sürməklə hansı ipləri çəkdiyini düşünməlidir. Müasir Fransa, Amerika, Britaniya və Sovet ordularının fədakarlıqları sayəsində İsrail müstəqillik əldə edib. Vaşinqton, London və Moskva olmasaydı, Makron indi almanca danışırdı.
 İran və Myanmaya gəldikdə, Makron İsrailə hücum edərkən gizlətdiyi neoliberal dəyərləri açıq-aşkar gözardı edir. Fransa liderinin ikiüzlülüyünə səbəb nədir?
Bu suala cavab vermək üçün gəlin Fransa-İsrail mübahisəsinin kontekstinə nəzər salaq. Son illərdə Fransanın İrana dolayı dəstəyi İsraili daha çox narahat edir. Paris müxtəlif səbəblərdən  Cənubi Qafqaz və Yaxın Şərqdəki münaqişələrdə Tehranla eyni mövqedədir. Bəzi israilli analitikləri İrəvanın hər iki ölkə ilə yaxın münasibətlərini nəzərə alaraq bildirirlər ki, Ermənistan tezliklə Rusiyanın nəzarətindən çıxacaq. Fransa da öz hərbi dəstəyini göstərmək üçün  Ermənistana zirehli transportyorlar və hava hücumundan müdafiə sistemi göndərib. Paris hər hansı riskə məhəl qoymayaraq Bakının yaxın müttəfiqi Ankara ilə rəqabətə üstünlük verdi. İranın İrəvana hərbi dəstəyi üçün öz səbəbləri var. Tehran Ermənistandan Azərbaycana qarşı təsir rıçaqı kimi istifadə etmək istəyir. Bu ilin əvvəlində Tehran və İrəvan 500 milyon dollarlıq silah müqaviləsi bağlayıb. O cümlədən İran ermənilərə "Şahed" kamikadze pilotsuz uçuş aparatları  və hava hücumundan müdafiə sistemləri verəcək. Fransanın Yaxın Şərqdə iştirakı da oxşar tarixə malikdir. Paris Livanda nüfuzunu saxlamaq üçün korrupsiyaya uğramış Livan hökumətini dəstəkləməyə çalışır və  Livan Silahlı Qüvvələrinə  zirehli personal daşımaq üçün texnika verib. Problem ondadır ki, bu silahların əksəriyyətini Hizbullah ələ keçirib. Bununla belə, Paris vurduğu zərərdən asılı olmayaraq, təkəbbürlü davranışı ilə təhlükəli gedişlər edir. Gəlin başqa bir ironiyaya diqqət yetirək. Makron xaricdəki islamçıların tərəfini tutur. Hökuməti isə ölkə daxilində onlarla mübarizə aparır.  Fransanın daxili işlər naziri Bruno Retaillo  bildirir ki, "Müsəlman Qardaşlar"ı terror təşkilatı kimi təsnif etməyi və onu qadağan etməyi nəzərdən keçirəcək. O, həmçinin İslamla mübarizə üçün səylərin ikiqat artırılmasının tərəfdarıdır. Nazir öz müdirini oyatmaq fikrindədir".
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 29 oktyabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı


yeni xeberler azerbaycan xeberleri son xeberler sou xeberler bugun en son xəbərlər bugün cəbhədən canlı son.xeber