Zaqatalada ailə münaqişəsi: Əmi qardaşı oğlunun əmlakını yandırdı — FOTOLAR
aqatalada ailə münaqişəsi yanğınla nəticələnib.
KONKRET.az Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə dünən axşam rayonun Bəhmətli kəndində qeydə alınıb.
Kənd sakini, 32 yaşlı Araz Ərşadoğluna məxsus evin həyətyanı sahəsində yerləşən, ümumi sahəsi 12 kvadratmetr olan yardımçı tikilidə yanğın baş verib.
Hadisə yerinə cəlb olunan Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları yanğını qısa müddətdə söndürüb. İlkin araşdırmalar zamanı yanğının qəsdən törədildiyi məlum olub.
Məlumata görə, zərərçəkən Araz Ərşadoğlu ilə əmisi, 61 yaşlı İlham Məmmədov arasında uzun müddətdir torpaq sahəsinə görə mübahisə gedir. Qohumlar arasında yaranan narazılıq zəminində İlham Məmmədovun qardaşı oğluna məxsus yardımçı tikilini yandırdığı bildirilir.
Qeyd edək ki, keçən il də Araz Ərşadoğlunun yaşadığı ev müəmmalı şəkildə yanıb. Dünən isə ailənin əşyalarını yığdıqları yardımçı tikili alovlanıb.
Zaqatala rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb və istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?