London derbisində qalib müəyyənləşmədi
İngiltərə Premyer Liqasının birinci turunda Londonun iki komandası – "Brentford" və "Tottenhem" arasında keçirilən matç heç-heçə başa çatıb.
KONKRET.az xəbər verir ki, qarşılaşma Brentford Kommüniti stadionunda baş tutub.
Gərgin keçən oyunda hesabı qonaqlar açıb. 11-ci dəqiqədə Kristian Romero Ceyms Meddisonun ötürməsindən sonra topu qapıya göndərib. Bununla belə, "mahmızlar"ın üstünlüyü çox çəkməyib. 26-cı dəqiqədə "Brentford"un hücumçusu Brian Mbömo penalti zərbəsini dəqiq yerinə yetirərək "status-kvo"nu bərpa edib. 10 dəqiqə sonra fransalı Yoan Vissa ev sahibi komandanı hesabda irəli çıxarıb. Oyunda yekun hesab elə birinci hissədə müəyyənləşib: əlavə edilmiş dəqiqələrdə Emerson Royal fərqlənib – 2:2.
Xatırladaq ki, ötən mövsüm "Brentford" Premyer Liqanı 9-cu, "Tottenhem" isə 8-ci pillədə bitirib.

Kəlbəcərdə çayda batan 11 yaşlı yeniyetmənin meyiti tapıldı
Yeni Zelandiyada güclü zəlzələ baş verdi
Biləsuvarda üç avtomobil toqquşdu: 1 nəfər öldü
Paytaxt ərazisində oğurluq edən şəxslər saxlanıldı
İran Günaz TV-nin adını bu siyahıya saldı
Pelenin forması 4,88 milyona satıldı
Şuşanın sədası, Ağ Evin əks-sədası
Bayramovla Lavrovun görüşü başladı
DÇ-nin bürünc və qızıl medal uğrunda son iki oyunu
UEFA-dan azərbaycanlı hakimlə bağlı təyinat
Qarabağ bu azarkeşlərə bilet satmayacaq - ŞOK SƏBƏB
Messi o məşhur şəkildən danışdı
Böyük Britaniya SEPAH-ı terror təşkilatı kimi tanıdı
Britaniyanın yeni baş naziri o olacaq
Netanyahunun addımları ABŞ-ı qəzəbləndirdi – Münasibətlər niyə soyuyur?