Lunyov yenidən Rusiya yığmasına çağırıla bilər
"Qarabağ"ın qapıçısı Andrey Lunyov yenidən Rusiya millisinə çağırıla bilər.
KONKRET.az xəbər verir ki, bunu Rusiya millisinin qapıçılar üzrəməşqçisi Vitali Kafanov "championat.com"a açıqlamasında deyib. O, 32 yaşlı qolkiperin "Qarabağ"da çox inamlı çıxış etdiyini bildirib:
"Bayer"də iki il ərzində Lunyov futbola və oyun praktikasına ac qaldı. "Qarabağ"dakı ilk oyundan bu günə kimi inanılmaz motivasiya göstərir. Bu müddət ərzində o, yüksək səviyyədə oynayıb, komandanın Avropa yarışlarında daha da irəliləməsində pay sahibi olub, çempionatda da "Qarabağ"a çoxlu xal qazanmağa kömək edib. Noyabr ayında Andrey Kuba ilə oyundan əvvəl təlim-məşq toplanışı üçün siyahıda idi, lakin oyundan iki həftə əvvəl zədələndi. Andrey martdakı təlim-məşq toplanışı üçün milliyə çağırıla bilər".
Qeyd edək ki, Rusiya yığması martın 21-də Serbiya, martın 25-də isə Paraqvayla yoxlama oyunu keçirəcək.
Qeyd edək ki, Andrey Lunyov 2017-2018-ci illərdə Rusiya millisi nə çağırılıb və 7 oyunda iştirak edib, 14 qol buraxıb.
Turlar.az [newsid: 0-123300]

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto