"Maaş kartından pul çıxaranda utanırsan?" – "Neftçi"nin hücumçusuna ünvanlanan sual
"Neftçi"nin argentinalı hücumçusu Lukas Melano jurnalistlərin önünə çıxıb.
KONKRET.az xəbər verir ki, klubun media mənsubları üçün təşkil etdiyi ənənəvi mətbuat konfransında argentinalı forvard media əhlinin suallarını cavablandırıb.
30 yaşlı futbolçu əməkdaşımızın "Komandada yer alan dörd hücumçu cari mövsümdə cəmi 1 qol vurub. Maaş kartından pul çıxaranda utanırsınızmı" sualını bu cür cavablandırıb:
"Özümdən və digər hücumçuların performansından razı deyiləm. Bizim əsas vəzifəmiz qol vurmaqdır, lakin bunu edə bilmirik.
Mən komandaya qoşulanda çempionat davam edirdi. Yəni yay toplanışında kollektivlə birgə hazırlıq keçməmişdim. Uyğunlaşma dövrünü tez başa vurmağa çalışırdım. Bildiyiniz kimi, yeni gəldiyim dönəmlərdə az şans qazanırdım. Yalnız son matçlarda əsas heyətdə yer almağa başlamışam.
Həftəiçi məşqlərdə öz üzərimdə çox çalışıram. Məqsədim qolları sıralamaqla "Neftçi"yə fayda verməkdir. Düzdür, hələ ki, alınmır. Qarşıdakı oyunlarda bunun öhdəsindən gəlməyə çalışacağam".
"Neftçi"nin sentyabrda heyətinə qatdığı argentinalı forvard 7 oyunda 306 dəqiqə şans qazansa da, qol hesabını aça bilməyib./Sportinfo.az
Turlar.az [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi